“Qadın sahibkarlara dəstək sosial missiyamızın vacib hissəsidir"
Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank kiçik və orta sahibkarlığa dəstək olmaqda davam edir.
Bank, bu dəfə sahibkarlıq fəaliyyəti ilə məşğul olan işgüzar qadınlarla birgə qeyri-rəsmi görüş - səhər yeməyi təşkil etdi. Tanışlıq və səmimi söhbətlərlə yanaşı, iştirakçılar pandemiya ilə bağlı məhdudiyyətlər çərçivəsində bizneslərini necə idarə etmələri və gələcək planlarından danışdılar.
Görüşdə qadınların bizneslə məşğul olarkən üzləşdikləri çətinliklər, onların biznesə gətirdikləri yeniliklər və AccessBank-ın maliyyə tərəfdaşı kimi onlara necə dəstək ola biləcəyinə dair müzakirələr aparıldı.
"20 ildir ki, Azərbaycanda mikrokreditləşmə ilə məşğul olan və bu sahədə lider mövqeyini qoruyub saxlayan AccessBank üçün kiçik və orta biznesləri maliyyələşdirməklə yanaşı, Bakı və bölgələrdəki qadın sahibkarlara, ailə bizneslərinə hər cür dəstək olmaq çox vacibdir. Bu, bizim sosial missiyamızdır. Biznes qurmaq hər kəs üçün çətindir. Qadınlar da istisna deyillər. Amma nədənsə, qadın sahibkarlar ünvanlarına daha tez-tez "Bu sənin nəyinə lazımdır?!", "Cəhd etmə, onsuz da alınmayacaq” kimi sözlər eşidirlər. Bununla belə, bank təcrübəmiz göstərir ki, qadınlar məqsədlərinə çatmaqda daha əzmkardırlar və çox vaxt işlərinə daha məsuliyyətlə yanaşırlar. Bu gün tərəfdaşlarımızdan, dostlarımızdan rəy almaq, nələrin sahibkarların bizneslərini asanlaşdıracağını və maliyyə tərəfdaşı olaraq qadın sahibkarlığını necə dəstəkləyə biləcəyimizi öyrənmək üçün bir araya gəldik” - deyə AccessBank-ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
47 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 58 d. əvvəl
-
58 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN

















.jpg)





