Azərbaycanın məşhur bankının əməliyyat mənfəəti kəskin artıb
2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə “Unibank”ın əməliyyat mənfəəti 4 milyon 710 min manat və ya 35,9% artaraq 17 milyon 844 min manat təşkil edib. Artım gəlirlərin artmasından qaynaqlanır.
“Unibank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2021-ci ilin 9 ayında (yanvar-sentyabr) ötən ilin eyni dövrü ilə müqayisədə 30 milyon 989 min manat və ya 36,5% artaraq 115 milyon 980 min manat təşkil edib. Bankın cəmi əməliyyat gəlirləri 2020-ci ilin 9 ayında 84 milyon 991 min manat təşkil etmişdi.
Marja.az Bankın hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında “Unibank”ın faiz gəlirləri 21 milyon 561 min manat və ya 32,9% artaraq 87 milyon 102 min manata, qeyri-faiz gəlirləri isə 9 milyon 428 min manat və ya 48,5% artaraq 28 milyon 878 min manata yüksəlib.
“Unibank”ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 26 milyon 278 min manat və ya 36,6% artaraq 98 milyon 135 min manat təşkil edib. Bankın cəmi əməliyyat xərcləri 2020-ci ilin 9 ayında 71 milyon 857 min manat təşkil etmişdi.
“Unibank”ın cəmi əməliyyat gəlirləri (115 milyon 980 min manat) cəmi əməliyyat xərclərini (98 milyon 136 min manat ) üstələdiyindən 17 milyon 844 min manat əməliyyat mənfəəti yaranıb. Bankın əməliyyat mənfəəti ötən ilin eyni dövründə 13 milyon 134 min manat təşkil etmişdi. Beləliklə, “Unibank”ın əməliyyat mənfəəti 4 milyon 710 min manat və ya 35,9% artıb. Artım gəlirlərin artmasından qaynaqlanır.
2021-ci ilin 9 ayında “Unibank” 17 milyon 844 min manat əməliyyat mənfəətindən 13 milyon 834 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından həmin dövrü 4 milyon 10 min manat xalis mənfəət ilə başa vurub. Qeyd edək ki, “Unibank” 2020-ci ilin 9 ayındakı 13 milyon 134 min manat əməliyyat mənfəətindən ehtiyatlara 1 milyon 886 min manat ayırdığından həmin dövrü 11 miylon 248 min manat xalis mənfəət ilə bağlamışdı. Bu ilin 9 ayında xalis mənfəətinaz olması ehtiyatlara ayırma ilə əlaqədardır.
BANK BÖYÜYÜB, AKTİVLƏRİ 1 MİLYARD MANATA YAXINLAŞIB
“Unibank”ın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 144 milyon 991 min manat və ya 17,8% artaraq 960 milyon 802 min manata çatıb. “Unibank”ın cəmi aktivləri 2020-ci ilin sonunda 815 milyon 811 min manat təşkil etmişdi.
“Unibank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər (kredit portfeli) 159 milyon 742 min manat və ya 28,1% artaraq 727 milyon 55 min manata yüksəlib. “Unibank”ın cəmi kredit portfeli 2020-ci ilin sonunda 567 milyon 313 min manat təşkil etmişdi.
ƏHALİ BANKA DAHA ÇOX PUL YATIRIB
“Unibank”da depozitlər isə 134 milyon 100 min manat və ya 25,7% artaraq 656 milyon 467 min manata qalxıb. O cümlədən, “Unibank”da fiziki şəxslərin depozitləri 123 milyon 43 min manat və ya 28,9% artaraq 549 milyon 293 min manata, hüquqi şəxslərin depozitləri isə 11 milyon 57 min manat artaraq 107 milyon 174 min manata çatıb.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2021-ci il tarixində “Unibank” 83 milyon 899 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 82 milyon 906 min manat manat məcmu kapitala malik idi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
-
34 d. əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 42 d. əvvəl
-
49 d. əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda səsli idarəetmə funksiya ilə yenilənmiş Haval H6 satışa çıxdı - FOTO
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünyada mal əti qiymətləri 1960-cı ildən bəri rekord səviyyəyə çatıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi
Ən çox oxunanlar

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb

Dünyada mal əti qiymətləri 1960-cı ildən bəri rekord səviyyəyə çatıb

BOKT-ın illik gəlirliliyi 18% olan istiqrazlarına 50 investor 50 sifariş təqdim etdi

Mərkəzi Bank xəbərdarlıq məktubları göndərir, illik hesabtları təqdim etməyənlər məsuliyyətə cəlb olunur

Su tariflərinin dəyişəcəyinin siqnalı verildi - "Diferensial su tarifləri ilə bağlı təklifimizi Tarif Şurasına təqdim edəcəyik"

"Dövlət satınalmaları haqqında qanun" təkmilləşdiriləcək"
