Xarici banklardan Türk Lirəsi üçün bədbin proqnozlar - TL DAHA DA UCUZLAŞDI
Türkiyə Mərkəzi Bankının dünən reallaşdırdığı 2 bənd faiz endiriminin ardından (faiz 18%-dən 16%-ə endirilib) Türk Lirəsinin dəyərindən düşməsi davam edir.
Marja xəbər verir ki, bu gün Dolar/TL məzənnəsi 1%-ə yaxın da yüksələrək 9,6625-i test edib (yeni rekord). Dünən məzənnə 3%-dən çox yüksəlmişdi.
2 bənd faiz endiriminin ardından xarici banklar 2021-ci ilin sonuna Dollar/TL məzənnəsi proqnozlarını yeniləyirlər.
Banklar il sonu dollar proqnozularını 9,80 və 10,50 TL arasındakı rəqəmlərə dəyişiblər.
Böyük Britaniya bankı HSBC il sonu dollar/TL proqnozunu 8,65-dən 9,80-nə, 2022-ci ilin sonu təxminini isə 8,80-dən 10,70-ə yüksəldib.
Fransıa bankı Societe Generale, 2021-ci il il sonu üçün dollar/TL proqnozunu 9,80-dən 10,30-a dəyişib.
İngiltərə bankı Barclays, 2021-ci ilin sonu üçün proqnozunu 9,70 TL olaraq müəyyən edib.
İtaliya bankı Unicredit isə il sonu dollar/TL proqnozunu 9,30-dan 10,50-yə qaldırıb və 2021-ci ilin sonunda Türkiyə Mərkəzi Bankının faizinin 14% təşkil edəcəyini gözlədiklərini açıqlayıb. Hazırda Türkiyə Mərkəzi Bankının faizi 16%-dir.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 45 d. əvvəl
-
-
51 d. əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub




























