Maliyyə Nazirliyindən dövlət büdcəsinin icrasına dair operativ məlumat
2021-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumat
Operativ məlumata əsasən 2021-ci ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 18947,9 mln. manat təşkil etməklə, 17 milyard 711,9 milyon manat xərclərindən 1 milyard 236 milyon manat artıq olmuşdur.
Gəlirlər
Dövlət büdcəsinin gəlirləri 18 milyard 818,5 milyard manat proqnoza qarşı 17 milyard 871,6 milyon manat və ya 95,0 faiz icra olunmuşdur.
Cari ilin doqquz ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 354,4 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 1 milyard 66,7 milyon manat və ya 20,2 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 681,6 milyon manat və ya 12,0 faiz çoxdur. Həmin vəsaitin 73,9 faizi və yaxud 4 milyard 692,8 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 442,8 milyon manat və ya 10,4 faiz çox olmuşdur.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 193,2 milyon manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 352,2 milyon manat və ya 12,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 238 milyon manat və ya 8,1 faiz çoxdur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin doqquz ayı ərzində mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən 7 milyard 309,7 milyon manat və ya proqnoza nisbətdə 1 milyard 840,3 milyon manat (20,1 faiz) az vəsait daxil olmuşdur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 11,5 milyon manat vəsait daxil olmaqla proqnoza 140,2 faiz əməl edilmiş, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 3,4 milyon manat və ya 42,0 faiz çox olmuşdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 454,1 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 80,2 milyon manat və ya 21,4 faiz çoxdur.
Sair daxilolmalar üzrə dövlət büdcəsinə 308,7 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza qarşı 162,1 milyon manat və ya 2,1 dəfə, 2020-ci il ilin eyni dövrü ilə müqayisədə isə 206,7 mln. manat və ya 3,0 dəfə çoxdur.
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240,0 milyon manat vəsait transfert olunmuşdur.
Maliyyələşmə əməliyyatları üzrə 1 milyard 76,3 milyon manat vəsait cəlb edilmişdir. Bunun 813,2 milyon manatı dövlət borclanması, 205,0 milyon manatı layihələrin maliyyələşməsi əsasında cəlb olunan kreditlər, 58,1 milyon manatı isə özəlləşmədən daxilolmalar hesabına təmin edilmişdir.
Xərclər
2021-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 19 milyard 657,5 milyon manat proqnoza qarşı 17 milyard 711,9 milyon manat və ya 90,1 faiz icra edilmişdir.
Dövlət büdcəsi xərclərinin 11 milyard 476,4 milyon manatı və ya 64,8 faizi cari xərclərə, 4 milyard 722,0 mmilyon manatı və ya 26,7 faizi əsaslı xərclərə, 1 milyard 513,5 milyon manatı və ya 8,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Cari ilin doqquz ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 43,2 faizini təşkil etməklə 7 milyard 655,2 mlmilyon manat məbləğində icra olunmuş, ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 483,5 milyon manat və ya 6,7 faiz üstələmişdir.
2021-ci ilin doqquz ayı ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
Cari ilin doqquz ayında dövlət büdcəsində 159,7 milyon manat məbləğində profisit yaranmışdır.
İcmal büdcə
Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 23 milyard 21,4 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 531,5 milyon manat və ya 31,6 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 19 milyard 458,3 milyon manat məbləğində icra olunmuşdur.
2021-ci il üzrə icmal büdcə 7 milyard 335,3 milyon manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin doqquz ayında faktiki olaraq 3 milyard 563,1 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 16 saat sonra
- 13 d. əvvəl
-
- 20 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
- 54 d. əvvəl
-
1 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
1 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
2 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
3 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
3 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
Ən çox oxunanlar

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
