Yerli qızıldan istehsal edilən məhsulların ilk satış mərkəzi istifadəyə verildi
1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda qızıl sikkələr satışa çıxarılıb.“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən yerli qızıl xammalından istehsal edilən məhsulların ilk Satış və mübadilə mərkəzi istifadəyə verilib.
QSC-dən Marja.az-a verilən məlumata görə, Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mərkəzdə Səhmdar Cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda qızıl sikkələr satışa çıxarılıb.
“AzerGold” QSC tərəfindən ixrac edilən qızılın həcminə müəyyən qədər təsir etməsinə baxmayaraq, cari ildə hasil edilən qızılın bir hissəsinin pərakəndə satış üçün nəzərdə tutulan sikkə və külçələrin istehsalına yönləndirilməsi Cəmiyyətin yerli zərgərlik sənayesinin inkişafı, milli istehsalın stimullaşdırılması və ölkəmizin iqtisadi nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır.
Xatırladaq ki, külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, gömrük rüsumlarından, eləcə də idxal olunan qızıl və ondan hazırlanmış məhsulların aksiz vergisindən azad edilməsindən öncə sözügedən məhsullar maya dəyərinə kifayət qədər yüksək əlavələr edilməklə satılırdı. Bu dəyişikliklər nəticəsində “AzerGold”un rəsmi Satış və mübadilə mərkəzində şirkət tərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə alıcılara təqdim edilir. Məhsulların maya dəyərinə əlavələrin əhəmiyyətli hissəsini isə istehsal xərcləri təşkil edir.
Əlavə olaraq, ilk dəfə mərkəzdə Cəmiyyətin istehsal etdiyi sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı – mübadiləsi təmin ediləcək. Bu da, artıq məhsulların təkcə hədiyyə qismində deyil, istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya aləti kimi seçiminə də imkan yaradacaq.
Məlumatda qeyd edilib ki, tətbiqinə başlanılan yeni sistem bu sahədə ikinci əl bazarının “kölgə iqtisadiyyatı”ndan çıxarılmasına müsbət təsir göstərəcək. Bu da öz növbəsində, yerli zərgərlik bazarının qaçaqmalçılıq və digər qanunsuz yollarla ölkəyə gətirələn saxta əyarlı məhsullardan azad olmasına töhfə verəcək. Bununla yanaşı, “AzerGold”un ilk Satış və mübadilə mərkəzinin istifadəyə verilməsi Azərbaycan Zərgərlik Asosiasiyası ilə əməkdaşlıq şəraitində yerli zərgərlərin xam qızıla təlabatlarının ödənilməsində də mühüm rol oynayacaq.
Qeyd edək ki, 3 ildir ki, yerli bazara təqdim edilən “AzerGold” məhsullarına alıcılar tərəfindən yüksək maraq və tələbatın olmasını nəzərə alaraq gələcəkdə ölkənin iri şəhər və rayonlarında da yeni mərkəzlərin istifadə verilməsi istisna edilmir.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 15 d. əvvəl
-
20 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 45 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
-
2 saat əvvəl
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
Ən çox oxunanlar
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı
Saloglu mebeldə bütün mebellər fabrik qiymətinə endirilib




















