Azərbaycan Beynəlxalq Bankın kreditorlarına 3 təklif təqdim edib

Azərbaycan Beynəlxalq Bankı (ABB) xarici kreditorlarına borc öhdəliklərinin restrukturizasiyası ilə bağlı 3 həll variantı təklif edib.
"Reuters" agentliyi xəbər verir ki, bunu Bankın cəlb etdiyi "Lazard" konsaltinq şirkətinin məsləhətçisi Erik Lalo (Eric Lalo) bildirib.
E.Lalo qeyd edib ki, ilk varianta əsasən, əsas kreditorlar üzrə 2,38 mlrd. dollar həcmində borc 20% endirimlə 12 illik dövlət istiqrazları ilə əvəz ediləcək, istiqrazların gəlirliliyi illik 5,125% təşkil edəcək. İkinci varianta görə, borc illik gəlirliliyi 3,5% olan 15 illik istiqrazlarla əvəzlənəcək. Üçüncü variant isə borcun ABB-nin yeni, gəlirliliyi 3,5% olan 7 illik istiqrazları ilə əvəz edilməsini nəzərdə tutur.
Xarici məsləhətçi həmçinin bilidirib ki, ABB ticari kreditləşmə çərçivəsində kreditorlardan aldığı 861,5 mln. dollarlıq borcu dövlət istiqrazları ilə əvəz etmək istəyir. Bu borcun 21%-i (180,9 mln. dollar) yeni, 0,85% kupon faizli 3 aylıq, 79%-i (680,6 mln. dollar) isə yeni, 2,82% kupon faizli 4 illik istiqrazla əvəzləməyi təklif edib.
Bundan başqa, Bank 100 mln. dollarlıq subordinasiya kreditini 50% endirimlə 5,125% gəlirliliklə 12 illi istiqrazlarla əvəz etmək istəyir.
Görüşdə Azərbaycan hökumətini təmsil edən maliyyə naziri Samir Şərifov bildirib ki, borcların restrukturizasiyası məcmu dövlət borcunu 2,34 mlrd. dollar artıracaq, borcun ÜDM-ə nisbətini isə 27%-ə çatdıracaq.
Azerbaijan IBA creditors offered swap into sovereign debt
May 23 The International Bank of Azerbaijan on Tuesday offered creditors several options in its debt restructuring, including swapping into 12- or 15-year sovereign bonds, the former involving a write-down.
Eric Lalo, managing director at Lazard which is advising the bank, said trade finance instruments could be exchanged for sovereign paper at par, repayable over four years and amortising annually.
Lalo said senior creditors, including Eurobond holders would have three options, the first being swapping into sovereign bonds with a 12-year maturity but amortising in three annual installments in years 10,11 and 12. These would carry a 5-1/8 percent rate and with an "enhancement value" priced at 20 cents in the dollar.
"This is nor one for one exchange," Lalo told investors.
The second option involves a one-on-one swap into 15-year sovereign debt while the third option is to stay with IBA, with bonds exchanged at par for a 7-year 3.5 percent issue, Lalo said.
The bank last week said it was suspending payments on some liabilities and seeking creditors' support to restructure more than $3 billion of debt.
Finance Minister Samir Sharifov told creditors the government debt-to-GDP would rise by $2.34 billion to 27 percent of GDP as a result of the restructuring. He said debt holders would receive significant "credit enhancement" by getting instruments of the higher-rated sovereign.
IBA is being also represented by White & Case. (Reporting by Sujata Rao and Karin Strohecker)
© Reuters, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 23 d. əvvəl
-
27 d. əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
4 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
5 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
7 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
7 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
Son Xəbərlər

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
