2030-cu ilə qədər Rusiyada rəqəmsal rubl olacaq - STRATEGİYA
Rəqəmsal rublun istifadəyə verilməsi 2030-cu ilə qədər əsas rəqəmsallaşdırma layihələrindən biri olacaq.
Marja xəbər verir ki, bu, Rusiya Federasiyası Maliyyə Nazirliyinin təqdim etdiyi 2030-cu ilə qədər Maliyyə Bazarının İnkişaf Strategiyasında qeyd edilib.
Sənəddə deyilir: "2030-cu ilə qədər rəqəmsallaşdırma sahəsində əsas layihələrdən biri, Rusiya Mərkəzi Bankının buraxacağı üçüncü pul forması rəqəmsal rublun işə salınması olacaq".
Strategiyada qeyd olunur ki, rəqəmsal rublun tətbiqi ödəniş infrastrukturunun daha da inkişaf etdirilməsinə, rəqabətin artmasına və yeni innovativ maliyyə alətlərinin yayılmasına, habelə vətəndaşlar və müəssisələr üçün xidmətlərin artırılmasına və xərclərinin azalmasına kömək edəcək.
13 sentyabr Bazar ertəsi günü Rusiya Maliyyə Nazirliyi 2030-cu ilə qədər maliyyə bazarının inkişafı strategiyasını ictimai müzakirəyə təqdim edib. Belə bir strategiya ölkədə ilk dəfə hazırlanıb. Strategiya maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması, rəqəmsallaşdırma, tənzimləmələr, sığorta bazarının liberallaşdırılması da daxil olmaqla bir sıra sahələrə aiddir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
12 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
29 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 46 d. əvvəl
-
52 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim





























