Çinin ən böyük inşaat şirkətlərindən biri iflas ərəfəsindədir - İLK BÖYÜK BÖHRAN BAŞ VERƏ BİLƏR
"Lehman Brothers"ın iflası ilə müqayisə olunur.Ümumi daxili məhsulunun (ÜDM) təxminən 300%-i qədər borclu Çin iqtisadiyyatı, 2008 -ci ildə Amerika bankı "Lehman Brothers"ın iflası ilə müqayisə oluna bilən ilk böyük korporativ böhranın astanasındadır.
1996-cı ildə Guangzhou şəhərinin cənubunda qurulan və illik satışları 110 milyard dollar olan "Evergrande" bir nəhəngə çevrilib. "Evergrande" əsasən mənzillərin tikintisilə məşğul olur və və mənzilləri yuxarı və orta gəlirli sakinlərə satır.
Marjanın məlumatına görə, 200 min daimi işçisi olan və tikinti sahələrinə 3,8 milyona qədər insan cəlb edən Çinin inşaat və əmlak sahəsində ikinci ən böyük şirkəti olan "Evergrande", 300 milyard dollarlıq borcunu vaxtında ödəyə bilmir və bunun üçün vəsait cəlb etmə nail ola bilmir.
"Evergrand"ın istiqrazlarını girov qoya bilməməsi və onlar üçün maliyyə ala bilməməsi investorlar arasında çaxnaşmaya səbəb olub. Bazar ertəsi günü Şanxay birjasında, 2022 -ci ilin İyul ayında ödəmə vaxtı ilan istiqrazlar 25% ucuzlaşıb.
Çin Qiymətli Kağızlar üzrə Depozit və Təmizləmə Mərkəzi (CSDC) cümə günü şirkət üçün repo əməliyyatlarını dayandırıb.
Həmçinin Şenzhen birjası, şirkətin 2023-cü ildə ödəmə istiqrazları üzrə əməliyyatları dayandırıb və ticarət yenidən başlayanda qiymətlər 35% aşağı düşüb.
Qeyd edək ki, Çin inşaat sənayesində maliyyə böhranı qorxusu geniş yayılıb.Keçən həftə "Moody’s" beynəlxalq reytinq agentliyi satışların aşağı düşməsini, likvidlik risklərini və yenidən maliyyələşdirmənin getdikcə çətinləşməsiniəsas gətirərək Çinin "developerlərinin" proqnozunu "mənfi" səviyyəyə endirib. İlin sonuna qədər podratçıların 14,6 milyard dollar xarici valyuta qaytarması lazımdır.
"Evergrande"ın çətinlikləri üzrə "ilk zəngi" keçən ilin sentyabrında "Reuters"in öz mənbələrinə istinadən, şirkətin 1,8 milyard dollarlıq pul çatışmazlığı ilə əlaqədar hökumətdən kömək istədiyi barədə yaydığı xəbər oldu.
2021 -ci ilin iyunun isə "Guangfa Bank", məhkəmə yolu ilə "Evergrande"nin 20 milyon dollarlıq aktivlərini dondurdu.
Şirkət tezliklə iddialarının həll olunacağını elan etsə də, istiqrazları ucuzlaşdı. Üç ay ərzində avrobondlara vəsait yatırmış investorlar pullarının 40%-dən 60% -nə qədərini itirdilər.
31 Avqustda şirkət likvidlik problemlərinin olduğunu etiraf etdi və tikintini davam etdirməyin, əlavə aktivlərin satılmasının və kredit xətlərinin uzadılmasının mümkün olmadığı təqdirdə vəziyyətin çox pisləşəcəyi barədə xəbərdarlıq etdi.
Fitch-in məlumatına görə, Çin bazarında ilin ilk yarısında 25 şirkət 9,67 milyard dollarlıq istiqrazlar üzrə defolt edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
9 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
9 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















