Avropa bazarlarına ixracat üzrə aparıcı şirkətlərin məhsulları Bakıda təqdim edilib
Avropa İttifaqının dəstəyi ilə Avropa birliyinə daxil olan ölkələrin kənd təsərrüfatı məhsullarının digər ölkələrdə tanınması üçün silsilə tədbirlərin təşkili artıq bir növ ənənə halını alıb. Belə tədbirlərdən biri də 17 may 2017-ci il tarixində JW MARRIOT ABSHERON BAKU otelində keçirilib.
Azərbaycanda baş tutmuş sayca ikinci təqdimatda bu dəfə iki ölkənin – Yunanıstan və Rumıniyanın kənd təsərrüfatının istehsal miqyasına və Avropa bazarlarına ixracat üzrə aparıcı şirkətləri iştirak edib.
Hər iki ölkənin səfirlik nümayəndələrinin də iştirak etdiyi təqdimatda ilk öncə Yunanıstanın “D.EL.CO.F” şirkətinin rəhbəri Konstanntinos Apostolou çıxış edib.
Cənab Apostolou çıxışında “D.EL.CO.F” şirkətinin bir əsrə yaxın tarixindən, iş şəraitindən, istehsal miqyasından və Avropa bazarlarına ixracat həcmindən söz edib. O bildirib ki, “D.EL.CO.F” şirkəti bu gün Yunanıstanın qida sənayesində və kənd təsərrüfatında ən nəhəng şirkətlərdən biri olmaqla yanaşı, Avropa bazarlarının konservləşdirilmiş məhsul təchizatçıları arasında da ilk sıralarda yer almaqdadır. “Pan-dora” markası altında istehsal edilən konservləşdirilmiş şəftəli ixracı ilə dünyada 1-ci yeri tutduqlarını və bununla qürur duyduqlarını bildirən cənab Apostolou, bu uğurun məhsulların 100% orqanik olması, tam gigiyenik şəraitdə hazırlanması və yüksək keyfiyyətə malik olmasından qaynaqlandığını söylədi.
Daha sonra Rumıniyanın “Romconcerv” Beynəlxalq Assosasiyasının qurucusu və rəhbəri cənab Liviu Cicioc təqdimata davam edərək təşkilat haqqında məlumat verib. Rumıniya və Moldova kənd təsərrüfatını özündə birləşdirən “Romconcerv” 1992-ci ildə Liviu Cicioc və xanımı tərəfindən qurulmuşdur. 25 illik fəaliyyəti ərzində istehsal miqyasını və məhsul çeşidini bir neçə dəfə böyüdərək Avropa bazarlarında sabit mövqe tutmağı bacarıblar. Bu gün artıq “Romconcerv”-in “Angelis” markası adı altında istehsal etdiyi meyvə və tərəvəz məhsullarına Avropanın istənilən mağazasında rast gəlmək olar.
Azərbaycanın iri supermarket şəbəkələrindən aparıcı mütəxəssislərin , dietoloqların, sağlam qida üzrə tanınmış blogerlərinin və KİV nümayəndələrinin qonaq olduğu təqdimatın rəsmi hissəsindən sonra ziyafət yeməyi verilib. Ziyafət sırasında qonaqlar həm də təqdim olunmuş məhsulları dadaraq rəy bildiriblər. Bütün məhsullar qonaqlar arasında böyük rəğbətlə qarşılanıb.
Tanıtım layihəsi çərçivəsində sözügedən şirkətlər həm də Bakıda keçirilən “Caspian Agro 2017” sərgisinə qatılıblar. Şəhərimizin sakinləri may ayının 17-18-19-u tarixlərində davam edən sərgidə həm “Pan-dora”, həm də “Angelis” markalarının məhsul çeşidi ilə tanış ola, həmçinin dada bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 5 d. əvvəl
-
-
29 d. əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
33 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
50 d. əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Ən çox oxunanlar
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
























