bp Xəzərdə yeni rəqəmsal texnologiya tətbiq etməyə başladı
Bu texnologiya əməliyyatların daha təhlükəsiz şəkildə davam etməsini təmin edir.Bu yaxınlarda bp Şərqi Azəri və Qərbi Çıraq platformalarında üçölçülü (3D) vizuallaşdırma texnologiyasının tətbiqinə başlayıb. Bununla şirkət regionda əməliyyatçısı olduğu bütün obyektlərin rəqəmsal modelləşdirilməsinin birinci mərhələsinə start verib.
bp-Azərbaycan şirkətinin yaydığı məlumata görə, bu yeni texnologiya ölçmə qabiliyyətinə malik yüksək dəqiqlikli təsvirlərdən uzaq məsafədən istifadə etməklə təftiş, planlaşdırma və yoxlama kimi bir sıra mühüm fəaliyyətləri yerinə yetirməyə imkan verir. O, həmçinin virtual rejimdə baxış imkanına malikdir və işçilərin uzaq məsafədən obyektlərə baxış keçirməsinə imkan yaradır. Bu da öz növbəsində bir sıra iş proseslərinin sadələşdirilməsinə, vaxt və xərclərin optimallaşdırılmasına, texniki təhlükəsizliyin təkmilləşdirilməsinə və komandalar arasında daha yaxın əməkdaşlığa şərait yaradır.
Şərqi Azəri platformasının 3D rəqəmsal modeli Xəzərdə bp-nin operatoru olduğu qurğuların bu vaxtadək ilk 3D modelidir. Onun hazırlanması üçün fotoqrammetrik çəkiliş aparılıb, platformanın sferik təsvirlərinin hazırlanması prosesi tamamlanıb və yekun təsvirlər emal edilərək istifadə üçün sistemə yüklənib.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov: “3D vizuallaşdırma vasitəsinin tətbiqi layihə üzərində çalışan heyətin möhtəşəm nailiyyətidir və regiondakı əməliyyatlarımızı texnologiyaların inkişafı və rəqəmsal transformasiya baxımından qabaqcıl mövqeyə çıxarır. Bu vasitənin istifadə imkanları çox genişdir. Hazırda bu texnologiya işlərin planlaşdırılması və icrasında daha səmərəli olmağımıza yardım etməklə yanaşı, əməliyyatlarımızın təhlükəsiz şəkildə davam etməsini təmin edir. Gələcəkdə bu yeni texnologiya sahədəki iş yükünü azaltmaqla əməyin təhlükəsizliyinin gücləndirilməsinə daha geniş imkanlar yaradacaq.”
bp 2021-ci ilin sonunadək AÇG yatağındakı bütün dəniz qurğularının 3D vizuallaşdırmasını həyata keçirməyi planlaşdırır və növbəti bir neçə ildə özünün regionda əməliyyatçısı olduğu digər dəniz qurğularında və Səngəçal terminalında da bu rəqəmsal texnologiyani tətbiq etməyi nəzərdə tutur.
3D vizuallaşdırma texnologiyasının tətbiqi çoxmərhələli “Rəqəmsal əkiz” layihəsinin icrasında atılan ilk addımdır. “Rəqəmsal əkiz” obyektin və ya sistemin virtual modelidir və onun bütün istismar müddətini əhatə etməklə və simulyasiya, maşın öyrənməsi və əsaslandırma vasitələrindən istifadə etməklə qərarların qəbul edilməsinə, həmçinin işin məsafədən hazırlanması və icrasına yardım edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
7 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
10 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)












