İraqlılar Azərbaycanın kabel zavodunu ziyarət ediblər
İraq Respublikasının Rabitə naziri cənab Arkan Şihab Əhməd Əl-Şaibaninin rəhbərliyi ilə bir neçə gündür ki Azərbaycanda rəsmi səfərdə olan İraq rəsmiləri STP-ni ziyarət ediblər.
İraqın Tikinti və Şəhərsalma Nazirinin müavini, cənab Yılmaz Şahbaz Abbasın başçılıq etdiyi deleqasiyanı İqtisadiyyat nazirinin müavini cənab Niyazi Səfərov və STP-nin baş direktoru cənab Ruslan Ağabəylinin rəhbərlik etdiyi Azərbaycan heyəti qarşılayıb.
Qonaqlar ilk öncə STP-nin biznes vahidi olan STP Global Cable şirkətinin Kabel zavodunu ziyarət ediblər. Burada STP-nin Baş direktoru Ruslan Ağabəyli STP Global Cable nümayəndələri ilə birgə qonaqları zavodun istehsal etdiyi kabel məhsulları və elektrik avadanlıqları barədə məlumatlandırıb. Zavodda gəzinti zamanı İraq rəsmiləri istehsalat prosesi və müasir test laboratoriyaları ilə əyani tanış olublar. Hazırda zavodun istehsal etdiyi məhsullar bir necə ölkəyə ixrac olunur. Bunların sırasında Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Türkiyə kimi ölkələri qeyd etmək olar.
Daha sonra İraq Respublikasının nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Sumqayıt Kimya Sənayə Parkı və Sumqayıt Texnologiyalar Parkının nümayəndələri ilə dəyirmi masa ətrafında görüş keçirilib. Görüş zamanı qonaqlara Azərbaycanda investisiya mühiti, qeyri-neft sektorunun inkişafı üçün görülən işlər, STP-nin genişçeşidli istehsalatı və ixrac uğurları barədə ətraflı məlumat verilib.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
15 d. əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 20 d. əvvəl
-
-
26 d. əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
-
31 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
1 saat əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb
Ən çox oxunanlar
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb






.jpg)










.jpg)








