“AccessBank” Türkiyəyə 6000-dək ağac tingi bağışlayacaq
(®️) “AccessBank” meşə yanğınlarından təsirlənən bölgələrin ekoloji durumunun tənzimlənməsi məqsədilə Türkiyəyə 6000-dək ağac tingi bağışlayacaq. Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə həyata keçirilən aksiyada Azərbaycanda bankçılıq sferasında işləyən hər bir əməkdaşın adından 5 ədəd ağac tinginin qardaş Türkiyəyə bağışlanılması nəzərdə tutulub.
İlkin qiymətləndirmələrə görə, yanğınlar Türkiyə iqtisadiyyatına 300 milyard lira (34 milyard 800 milyon dollar) ziyan vurub.
Qeyd edək ki, “AccessBank” korporativ dəyərləri sırasında cəmiyyət və ətraf mühitə qarşı məsuliyyətin yer aldığı yeganə Azərbaycan bankıdır.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
-
10 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 26 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
İxracan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır






















