Nissan son 3 ildə ilk dəfə mənfəət gözləyir
Yaponiyanın avtomobil istehsalçısı Nissan, son 3 ildir ilk dəfə 2022-ci ilin Mart ayında sona çatacaq 2021-ci maliyyə ilində mənfəət gözlədiyini açıqlayıb.
Marja xəbər verir ki, Nissan, əhatəli yenidənqurma planından və bazarlardakı tələbin bərpasından sonra xalis mənfəət proqnozunu yeniləyib.
Şirkət, may ayındakı 60 milyard yen zərər proqnozunu dəyişdirib. İndi Nissan mövcud maliyyə ilində 60 milyard yen (546 milyon dollar) xalis mənfəət gözləyir.
Əməliyyat mənfəətinin 2020-ci illə müqayisədə 24% artaraq 150 milyard yen (1,36 milyard dollar) olması hədəflənir.
Şirkət 2021-ci maliyyə ili üçün daha əvvəl açıqlanan 4,4 milyon ədədlik satış hədəfini qoruyur.
Aprel-İyun dövründə (ilk rüb) Nissan 1,05 milyon ədəd avtomobil satıb.
Nissan-ın satışları maliyyə ilinin ilk rübündə 71% artıb, Şimal Amerikadakı satışlar güclənib.
Nissan 2020-ci maliyyə ilində 448,7 milyard yen (4 milyard dollar) və 2019 maliyyə ilində 671,2 milyard yen (6,1 milyard dollar) xalis zərər açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)











.jpg)



