PAŞA Bank tələbələr üçün proqramlaşdırma üzrə xüsusi təlim sessiyalarının keçirilməsinə başlayıb
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, gənclərin peşəkar inkişafının dəstəklənməsi yönündə fəaliyyətini davam etdirir.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, Azərbaycanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edən Bank, tələbələr üçün xüsusi təlim sessiyalarının (“Learning Session”) təşkilinə başlayıb.
İki ay davam edəcək onlayn sessiyalar ərzində Bankın peşəkarları gənclərin bu istiqamətdə bələdçisinə çevriləcək. Onlar iştirakçılarla proqramlaşdırma sahəsi üzrə zəruri məlumatları və diqqət yetirilməli məqamları bölüşəcək.
Bank əməkdaşları tərəfindən bu növ sessiyalar daha əvvəl də təşkil olunub, lakin onlar daha qısa-müddətli olub və artıq müəyyən təcrübəsi olan ixtisas sahibləri üçün keçirilib. Hazırkı təlim sessiyaları isə ölkədə ilk dəfə bu qədər geniş auditoriyanı əhatə edir. Belə ki, sessiyalarda karyerasını proqramlaşdırma sahəsində qurmaq istəyən və texniki sahədə təhsil alan 200 tələbə iştirak edir. Sessiyalar “Back End” istiqamətində aparılır və “Java SE”, “Spring Boot” və digər mövzuları əhatə edir.
"PAŞA Bank"ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilovun sözlərinə görə, bu cür təlimlərdə iştirak gənc proqramçılara yeni biliklər əldə etməyə və peşəkar bacarıqlarını gücləndirməyə imkan verəcəkdir.
«Hal-hazırda bizim Rəqəmsal Mühəndislik departamenti alqoritm və məlumat strukturu üzrə dərin bilik və bacarıqlara malik mütəxəssislərdən ibarətdir və mən çox şadam ki, bundan öncə təşkil olunan məlumatlandırma sessiyalarının iştirakçılarının bir qismi artıq "PAŞA Bank"ın əməkdaşları sırasına qoşulub. "PAŞA Bank" komandası olaraq biz müasir texnologiyaları və qabaqcıl təcrübələri istifadə edərək müştərilərimiz üçün rahat və müasir rəqəmsal həlləri təqdim etməyə davam edirik”, - deyə, V. Xəlilov vurğuladı.
Qeyd edək ki, gələcəkdə həm “Back End”, həm də başqa istiqamətlər üzrə təlim məqsədli təlim sessiyalarının davamlı şəkildə keçirilməsi və “PAŞA Bank”ın bu sessiyalar vasitəsilə gənclərlə öz zəngin təcrübəsini bölüşməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
47 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 58 d. əvvəl
-
58 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN

















.jpg)





