İlham Əliyev qızıl mədənində ilk partlayış prosesini izlədi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub.
Dövlətimizin başçısına “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verilib.
Bildirildi ki, “Çovdar” qızıl mədənində hasilat işlərinə 2016-ci ildən başlanıb, bu mədəndə böyük yenidənqurma və infrastruktur işləri həyata keçirilib. Bu günədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 338 min unsiya qızılın istehsalı planlaşdırılır.
“AzerGold” QSC təkcə “Çovdar” yatağının istismarı nəticəsində ölkənin qeyri-neft məhsulları ixracatçıları arasında lider mövqeyə yüksəlib, qızıl və gümüş ixracından ölkə iqtisadiyyatına xarici valyutada 640 milyon manata yaxın vəsait cəlb edilib. İndiyədək ümumilikdə 245 min unsiyadan çox qızıl və 434 min unsiyadan çox gümüş ixrac edilib. Artıq “AzerGold” qızıl layihələrinin icrası üzrə büdcədən asılılığın tam surətdə aradan qaldırılmasına nail olub. Cəmiyyət tədavülə istiqraz buraxan ilk milli dağ-mədən şirkəti kimi də tarixə düşüb. Cəmiyyətin metal ehtiyatları 24 dəfə artıb.
Məlumat verildi ki, 2017-ci ildə “Ağyoxuş-1” və “Ağyoxuş-2” qızıl yataqları, 2018-ci ildə isə “Mərəh” qızıl yatağı kəşf edilib. Bu ildən etibarən bir sıra yataqların istismara verilməsi planlaşdırılır. Mürəkkəb və çoxmərhələli emal prosesin yekunu olaraq mədəndən çıxarılan süxurlardan qızıl və gümüş qarışıqlı xəlitələr istehsal edilir. İstehsal olunan xəlitələr İsveçrəyə saflaşdırılma üçün göndərilir. Saflaşdırıldıqdan sonra 999.9 əyarda qızıl və gümüş külçələr beynəlxalq birjalarda satışa çıxarılır.
Daha sonra “Made in Azerbaijan” nişanı ilə Azərbaycan qızılı və gümüşündən hazırlanan 5, 10 və 20 qramlıq sikkələr, eləcə də qızıl külçələr nümayiş etdirildi. Üzərində Heydər Əliyev Mərkəzi, Qarabağ xalçası və Qobustan qayaüstü rəsmləri təsvir olunan sikkə və külçələr istehsal edilib. Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilən “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin nəticələrinə əsasən, daha iki dizaynda qızıl sikkələr istehsal olunub. Qızıl sikkələrin üzərində Qarabağın qədim memarlıq inciləri, tarixi abidələri, Şuşa şəhəri təsvir edilib.
Onu da qeyd edək ki, “Mərəh” “AzerGold”un istismarına başladığı üçüncü qızıl mədənidir. Layihənin icra müddəti iki ildir.
Qeyd edək ki, 2020-ci ildən “AzerGold”un fəaliyyət sahəsi genişləndirilib. Ölkə ərazisində qara metal filizi yataqlarının işlənilməsi və idarə edilməsi də Cəmiyyətə həvalə olunub. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayıb. Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filiz yataqların hasilata verilməsi və metal qırıntıları əvəzləyən, həmçinin daha keyfiyyətli metallurgiya məhsullarının istehsalı üçün xammala tələbin təmin edilməsidir.
Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
- 28 d. əvvəl
- 30 d. əvvəl
-
1 saat əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
-
15 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
15 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
16 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Ən çox oxunanlar
Bank kuryer xidməti üzrə tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq


















