Bitki yağlarının bahalaşması Azərbaycandan 40 milyon dollar daha çox valyuta çıxmasına səbəb olub
Bitki yağlarının idxalı miqdar ifadəsilə 1,8% artmasına qarşılıq, dəyər ifadəsilə 52% artıbDünya bazarında bitki yağlarının bahalaşması Azərbaycana bu məhsulun idxalında statistik dəyərin artmasına səbəb olub.
Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 6 ayı ərzində (yanvar-iyun) Azərbaycana 117 milyon 566 min dollar dəyərində 85 min 410 ton bitki mənşəli yağlar (palma, qarğıdalı, günəbaxan yağları və s.) idxal edilib. Müqayisə üçün qeyd edə ki, 2020-ci ilin ilk 6 ayında Azərbaycana 77 milyon 408 min dollar dəyərində 84 min 126 ton bitki mənşəli yağlar idxal edilmişdi. Beləliklə, bitki mənşəli yağların idxalı miqdar baxımdan cüzi, statistik dəyər baxımdan isə 40 milyon 158 min dollar və ya 52% artıb.
Qeyd edək ki, FAO Bitki mənşəli Yağ Qiymət İndeksi son 12 ayda 82% artıb. Dünya bazarlarında bitki yağları istehsalın gözləniləndən daha aşağı olacağı narahatlıqları və tələbin artması ilə əlaqədar olaraq bahalaşırlar.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 38 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb

























