“Bank BTB” 2021-in ilk 6 ayını xalis mənfəətlə başa vurdu - MALİYYƏ VƏZİYYƏTİ
“Bank BTB” ASC 2021-ci ilin ilk 6 ayını (yanvar-iyun dövrünü) 538 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründə 107 min manat xalis zərər etmişdi. İlk 6 ayda xalis mənfəətin böyük hissəsi ehtiyatdan azad olmuş vəsaitdən qaynaqlanıb.
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki. 2020-ci ilin ilk 6 ayında 13 milyon 257 min manat təşkil etmiş faiz gəlirləri 2021-ci ilin ilk 6 ayında 12 milyon 284 min manat olub. Qeyri-faiz gəlirləri isə 2 milyon 295 min manatdan 2 milyon 801 min manata yüksəlib.
2021-ci ilin yanvar-iyun dövründə “Bank BTB”nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 15 milyon 85 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 14 milyon 977 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 108 min manat təşkil edib. Həmçinin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalardan azad olmuş 430 min manat mənfəətə əlavə edilib və mənfəət 538 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-iyun dövründə “Bank BTB”nin cəmi əməliyyat gəlirləri 15 milyon 552 min amant, cəmi əməliyyat xərcləri 14 miylon 640 min manat, əməliyyat mənfəəti 912 min manat təşkil etmişdi. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 milyon 19 min manat ayırdığından həmin dövrü 107 min manat xalis zərər ilə bağlamışdı.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
30 İyun 2021-ci il tarixində “Bank BTB” ASC 354 milyon 933 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 237 milyon 177 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Qeyd edək ki, 2020-ci ilin sonunda “Bank BTB” 356 milyon 137 min manat cəmi aktivlərə, o cümlədən 206 milyon 96 min manat kredit portfelinə malik idi. Beləliklə, ilk 6 ay ərzində Bankın müştərilərə verdiyi cəmi kreditlər 31 milyon 81 min manat və ya 15% artıb.
MÜŞTƏRİLƏRİN DEPOZİTLƏRİ ARTIB
Ötən ilin sonu ilə müqayisədə “Bank BTB”də müştərilərin müddətli depozitləri 25 milyon 603 min manat və ya 26,3% artaraq 122 milyon 912 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2021-ci il tarixində “Bank BTB” 53 milyon 661 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 52 milyon 726 min manat məcmu kapitala malik idi.
XXX
Bank BTB 2021-ci ilin ilk yarımilliyini 538 min manat xalis mənfəətlə başa vurub.
Bank BTB-dən Marja-ya daxil olmuş məlumata görə, Bankın ilk 6 ayda faiz gəlirləri 12 milyon 284 min manat, faiz xərcləri isə 7 milyon 505 min manat olmuşdur. Qeyd edilən dövrdə qeyri-faiz gəlirləri 2 milyon 801 min manat təşkil etmişdir.
2021-ci ilin ikinci rübün sonuna Bank BTB-nin cəmi aktivləri 354 milyon 933 min manat olmuşdur. Müxtəlif növ kredit məhsulları təqdim edən Bank “BTB” ASC-nin həmin dövr ərzində kredit portfeli 248 milyon 058 min manat təşkil etmiş, bu isə ötən ilin həmin periodu ilə müqayisədə 16% artım deməkdir. Fiziki şəxslərin müddətli depozit portfelinin həcmi isə 48% artaraq 122 milyon912 min manat təşkil etmişdir.
Qeyd edək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Bank uğurlu inkişaf strategiyası çərçivəsində daim müştəri məmnunluğunu üstün tutaraq bu istiqamətdə xidmət keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin tətbiqi və inkişafı istiqamətində fəaliyyət göstərməyə davam edir.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
8 d. əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
12 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
14 d. əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
25 d. əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
45 d. əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
- 48 d. əvvəl
-
1 saat əvvəl
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
AZAL Bakı–Şımkent marşrutu üzrə uçuşlara başlayıb
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb

























