Expressbank müştərilərinə 40.000 AZN-dən artıq "cash back" qaytarıb
Expressbank-ın təqdim etdiyi məhsul və xidmətlər sırasında xüsusi yer alan ExpressClub müştərilər üçün düşünülmüş və onlara alış-veriş zamanı real pul qazandıran unikal xidmətdir. Qısa müddət ərzində müştərilərin böyük rəğbət və sevgisini qazanmış ExpressClub yarandığı gündən bu günədək müştərilərinə 40.000 AZN-dən artıq vəsait qazandırıb. Bu barədə “Marja”ya Bankdan bildirilib.
“Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan ExpressClub layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (“Cash back”). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.
ExpressClub layihəsinin xüsusi üstünlüyü - onun nəinki ExpressClub tərəfdaşlar şəbəkəsinə daxil olan satış nöqtələrində 20%-dək cash back qaytarması, hətta bu şəbəkəyə daxil olmayan, POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində xərclənən vəsaitin 0,3% hissəsinin müştərilərin kartına geri qayıtmasıdır. ExpressClub şəbəkəsinə daxil olan tərəfdaşların siyahısı isə daim yenilənməkdə və artmaqdadır.
Bütün bu fürsətlərdən yararlanmaq üçün sadəcə Expressbank-ın istənilən kart sahibi olmaq kifayətdir!
Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartı 5 AZN, Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə Visa Platinum / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Expressbank-ın kartlarına dərhal, rahat və komissiyasız vəsaiti ExpressPay terminalları və mobil pul kisəsi vasitəsi ilə mədaxil etmək mümkündür.
ExpressClub tərafdaş şəbəkəsi və “Cash back” xidməti haqqında daha ətraflı məlumat üçün müştərilər 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 d. əvvəl
-
-
6 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
28 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















