"Kabel yayımı sahəsində əqli mülkiyyət məsələləri ilə bağlı bir sıra problemlər mövcuddur"
2021-ci il iyunun 30-da Milli Televiziya və Radio Şurasında Əqli Mülkiyyət Agentliyinin səlahiyyətli nümayəndələri və iri kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilib.
MTRŞ-dan bildirilib ki, görüşü giriş sözü ilə açan Şura sədri İsmət Səttarov qonaqlara yeni "Media haqqında" qanun layihəsi barədə məlumat vermiş, qanun layihəsində audiovizual media sahəsi ilə bağlı yenilikləri diqqətə çatdırmışdır. Daha sonra Şura sədri kabel və İPTV yayımı sahəsində əqli mülkiyyət məsələləri ilə bağlı mövcud problemlərdən danışmış, Şuranın bu məsələyə bundan sonra daha həssas yanaşaraq Əqli Mülkiyyət Agentliyi ilə birgə fəaliyyət göstərəcəklərini vurğulamışdır.
Əqli Mülkiyyət Agentliyinin Hüquq, apelyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərov çıxışında bildirmişdir ki, son zamanlar həqiqətən də kabel yayımı sahəsində əqli mülkiyyət məsələləri ilə bağlı bir sıra problemlər mövcuddur. Yayım zamanı əqli mülkiyyət hüquqlarının lazımi səviyyədə qorunmaması ölkəmizin reytinqinə mənfi təsir göstərir. Lakin həm kabel opertorlarının, həm müvafiq dövlət qurumlarının birgə səyi və daha geniş maarifləndirmə fəaliyyəti nəticəsində qısa bir zamanda bu problemləri dünya təcrübəsinə əsaslanaraq həll etmək mümkündür.
Şura sədri son zamanlar media sahəsində həyata keçirilən islahatların davamı olaraq audiovizual mediada əqli mülkiyyətin qorunması tədbirlərinin gücləndirilməsinin zəruriliyini qeyd etmişdir. O bildirmişdir ki, 01 avqust 2021-ci il tarixdən etibarən Milli Televiziya və Radio Şurası xarici televiziya kanallarının retranslyasiyasına hüquq verən müvafiq müqavilə olmadan həmin kanalların operatorların yayım paketlərinə daxil edilməsinə görə kabel (həmçinin İPTV) yayımçılarına qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata keçirəcəkdir.
Daha sonra Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov və Əqli Mülkiyyət Agentliyinin şöbə müdiri İqbal Əsgərov kabel operatorlarının rəhbərlərinin suallarına cavab vermiş, əqli mülkiyyət sahəsində onları maraqlandıran məsələlər barədə müzakirələr aparılmışdır.
Bu kimi tədbirlərin digər kabel operatorlarının iştirakı ilə də təşkil olunmasının zəruriliyi, həmçinin, yayım və retranslyasiya zamanı əqli mülkiyyətin qorunmasının hüquqi və texniki aspektləri ilə bağlı daha geniş tədbirlərin keçrilməsinin vacibliyi bildirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 12 d. əvvəl
- 13 d. əvvəl
-
43 d. əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
57 d. əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yağış yağacaq
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq




















