"Azərbaycan üzərindən daşımalar 3500 dollar bahalıdır" - TÜRKİYƏDƏN ETİRAZ
"Azərbaycan üzərindən Ro-Ro gəmi ilə daşıma təxminən 3 min 500 dollar baha başa gəlir"Türkiyə Beynəlxalq Nəqliyyatçılar Birliyi, Türkiyədən Orta Asiyaya edilən ixrac üzrə daşımalarda Qazaxıstanın keçid sənədi verməyərək illik 26 min daşımanın və 3 milyard dollarlıq ixracın bu səbəbdən həyata keçirilməsinin mümkün olmadığını açıqlayıb.
Marja xəbər verir ki, Birliyin İdarə heyəti üzvləri Fatih Şener və Fırat Başbilen, 28 İyunda Ankaraya gedərək Qazaxıstan konsulluğu önünə qara çələng qoyaraq daşımalara maneə törədən Qazaxıstana etiraz ediblər.
Qazaxıstanın qurudan keçid sənədi vermək yerinə gəmi ilə gəlmək şərti qoyduğunu qeyd edən Türkiyə Beynəlxalq Nəqliyyatçılar Birliyi, "Qazaxıstan, Türkiyə yük avtomobillərinə verdiyi məhdud miqdardakı Tranzit keçid icazə sənədini də Rusiya üzərindən avtomobil yolu ilə deyil, təxminən 3 min 500 dollar daha baha olan Azərbaycan üzərindən Ro-Ro ilə (bərə gəmisi) keçid şərtinə bağlamaqdadır. Artan xərc səbəbilə Türkiyə məhsullarının ixracı azalmaqdadır",- bildirib.
Türkiyə Beynəlxalq Nəqliyyatçılar Birliyinin problemin həlli üçün tələbləri:
- Haqq edilmiş olan 750 ədəd əlavə və ikinci 6 ay üçün öhdəlik götürülmüş 4 min ədəd ikili keçid sənədi daxil olmaq üzrə cəmi 4 min 750 ədəd sənəd təcili olaraq verilməli,
- Qazaxıstan, Rusiya üzərindən gəlib tranzit keçəcək vasitələrə icazə verməlidir,
- Dünyanın heç bir ölkəsinin bir başqa ölkəyə tətbiq etmədiyi gəmi ilə gəlmək şərti ləğv edilməlidir.
Qeyd edə ki, “Ro-Ro” gəmi tipidir. “Roll on” və “Roll off”-un ilk iki hərifinin qısaldılmasından yaranıb. Bu tip gəmilərdən təkərli nəqliyyat vasitələrinin daşınmasında istifadə olunur. Bura TİR, avtomobil, traktor, tank və s kimi nəqliyyat növləri daxildir. “Ro-Ro” gəmiləri istifadəsinə görə çox rahatdır. Yüklənmə və boşaltma zamanı hər hansı avadanlıqdan istifadə olunmur. Texnikalar özü hərəkət edərək üfiqi vəziyyətdə asanlıqla gəmiyə daxil olur və çıxır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























