“Bahar Karqo” və “Optimal Karqo” lisenziya aldılar
“Bahar Karqo” və “Optimal Karqo” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziyalar təqdim olunub.
Marja xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar elektron ticarətin inkişafına da müsbət təsir göstərmişdir ki, nəticə etibarı ilə istehlakçılar tərəfindən ölkəmizin digər bölgələrindən, eləcə də xaricdən məhsul sifarişində və daşınmasında intensivlik artmışdır. Bütün bunlar isə muxtar respublikada karqo şirkətlərinə yaradılan şəraitin hesabına məhsulların sifarişinin və daşınmasının sərfəli olması ilə əlaqədardır. Eyni zamanda, onlayn alış-verişin rahatlığı, vaxta qənaət və çeşid bolluğu kimi faktorlar da eelektron ticarətin inkişafını sürətləndirən amillərdəndir. Məhsulların daşınması isə karqo şirkətləri tərəfindən həyata keçirilir. Həmçinin, karqoların üstün cəhətlərindən biri də yaşayış yeri üzrə sifariş verən hər bir kəsin sadəcə kuryer xidmətindən yararlanaraq, bağlamalarının bir başa istənilən ünvana çatdırılmasıdır. Elektron ticarətin inkişafı rəqabətin artması ilə yanaşı, eyni zamanda yeni karqo şirkətlərinin yaranmasına da zəmin yaradır.
Sürətli poçt xidmətləri ilə məşqul olmaq istəyən şəxslər real iş vaxtı rejimində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində yaradılmış komissiyaya müraciət edə bilərlər. Lisenziyanın alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin, hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarışın və Nizamnamənin, vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, fəaliyyətin həyata keçirildiyi sahəsi 100m2-dən az olmayan daşınmaz əmlakın mövcudluğu və üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin surətləri, muxtar respublikanın ən azı 3 inzibati ərazi vahidində 20m2-dən az olmayaraq saxlanma anbarı ilə təmin edilmiş nümayəndəliyin olması, fəaliyyət göstərilən obyektlərdə yanğın təhlükəsizliyi və videomüşahidə sistemlərinin quraşdırılması, çatdırılma və kuryer fəaliyyətinin təşkili üçün mülkiyyət və ya icarə əsasında istifadəsində ən azı 2 yük avtonəqliyyat vasitəsinin olması, lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd) komissiyaya təqdim edilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)






