“McDonald’s Azərbaycan” şirkəti plastikdən istifadəni əhəmiyyətli dərəcədə azaldır – FOTO
(®️) “McDonald's Azərbaycan” şirkətinin Fəvvarələr meydanında yerləşən restoranında plastik stəkana həsr edilmiş kreativ stend quraşdırılıb.
Bu eksponat “McDonald's Azərbaycan” şirkətinin plastikdən istifadəni əhəmiyyətli dərəcədə azaltması, eyni zamanda bioparçalanma qabiliyyətinə malik və sertifikatlaşdırılmış materiallardan istifadəyə keçməsi ilə bağlı özünəməxsus bir ismarışdır.
“McDonald’s Azərbaycan” şirkətinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Emil Hüseynovun bildirdiyinə görə, bu vacib qərar şirkətə illik 32 ton plastikdən istifadəni ixtisar etməyə imkan verəcək.

“Qeyd edək ki, kağız və karton qablaşdırmalar tam olaraq meşələrə zərər vurmayan sertifikatlı xammaldan hazırlanır. Şirkətdə qablaşdırma tullantılarının həcmini azaltmaq və restoranın fəaliyyətini daha ekoloji vəziyyətə gətirmək istiqamətində işlər aparılır. “McDonald's”ın tədarükçüləri əsas bioloji ehtiyatların sertifikatlaşdırılması üzrə beynəlxalq tələblərə cavab verirlər”, - deyə şirkətin nümayəndəsi bildirib.
Qeyd edək ki, ekoloqların fikrincə, plastik qab-qacaq, xüsusilə də onun xırda detalları ətraf mühit üçün təhlükəlidir. İnsan tərəfindən cəmi bir neçə dəqiqəlik istifadə edildikdən sonra onlar ətraf mühit üçün son dərəcə təhlükəli tullantıya çevrilirlər. Plastik 100-500 il ərzində parçalanır. Bu müddət ərzində, onu qida kimi qəbul edən minlərlə dəniz heyvanı və milyonlarla quş tələf olur.

E.Hüseynovun sözlərinə görə, “McDonald's” şirkəti öz restoranlarının iş prosesində innovativ ekoloji həlləri daim sınaqdan keçirir və tətbiq edir. Korporasiyanın planlarına görə, 2025-ci ilədək dünyanın 120 ölkəsində fəaliyyət göstərən 38 mindən çox “McDonald's” restoranında istifadə edilən məhsul qablaşdırması və ləvazimatları bərpa olunan təkrar emal materiallarından istehsal olunacaq.
Xatırladaq ki, “Ətraf mühitin müdafiəsi haqqında” Qanuna edilmiş dəyişikliklərə görə, 2021-ci il iyulun 1-dən etibarən plastik tərkibli bir sıra məmulatlardan istifadə qadağan edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 38 d. əvvəl
-
-
14 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
16 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti






















.jpg)



