“Kontakt” korporativ müştərilərinə özəl kredit şərtləri təklif edir
(®️) Ölkənin lider riteyl şəbəkələrindən olan “Kontakt” korporativ müştərilər üçün “Kontakt Business” altbrendini təqdim edir. “Kontakt Business” korporativ müştərilərə maksimum keyfiyyətli və ən sərfəli şərtlərlə xidmət göstərir.
Hazırda 2000-dən yuxarı korporativ müştəriyə xidmət edən bu brend eksklüziv nağd və kredit şərtləri təklif edir. Belə ki, “Kontakt Business” müştəriləri “Kontakt Home” mağazalarında təqdim olunan bütün məhsulları cəmi 20% ilkin ödəniş etməklə 12 ayadək faizsiz kredit şərtlərilə əldə edə bilər. Bundan başqa, "3 aya ödə" şərtindən yararlanan müştərilərə bütün məhsullar endirimli nağd alış qiymətinə təklif edilir. Kredit alışı zamanı hər hansı məhsul limiti də yoxdur.
Alınan məhsullar şəbəkənin əməkdaşları tərəfindən ödənişsiz düz ünvana çatdırılır və quraşdırılır. Kredit rəsmiləşdirilməsi üçün də hər hansı ünvana yaxınlaşmağa ehtiyac yoxdur. Rəsmiləşdirmə üçün “Kontakt” əməkdaşları özləri müştərilərin ofisinə yaxınlaşacaq.
Qeyd edək ki, qiymətə ƏDV daxildir.
Kredit imkanlarından əlavə korporativ müştərilərə aşağıdakı imkanlar özəl olaraq təklif edilir:
-Nağd alışda xüsusi endirimlər;
-Telefon, notbuk, kondisioner, mikrodalğalı soba, dispenser və bu kimi bütün ofis avadanlıqlarını köçürmə yolu ilə əldə etmək;
-Kontakt.az saytında əks olunan məhsullarla yanaşı, orada mövcud olmayan məhsulları belə öncədən sifarişlə əldə edə bilmək;
-Telefon zəngi və ya elektron poçtla sifariş vermək;
Korporativ satış şöbəsinin əlaqə vasitələri aşağıdakı kimidir:
Tel: (+994 51) 250 50 89
(+994 51) 250 50 95
E-mail: [email protected]
30000-dən yuxarı məhsul çeşidi ilə tanış olmaq üçün kontakt.az saytına keçə, yaxud ən yaxın “Kontakt Home” mağazasına yaxınlaşa bilərsiniz.
Hazırda “Kontakt”ın Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Masallı, Qəbələ, Mingəçevir, Bərdə, Quba, Göyçay və Lənkəran daxil olmaqla 31 mağazası fəaliyyət göstərir.
Qeyd edək ki, 2 milyondan çox müştəriyə xidmət edən və ölkənin ən böyük satış şəbəkələrindən olan “Kontakt” “Samsung”, “LG”, “Bosch”, “Philips” kimi 30-dan çox dünya brendinin rəsmi, “Dyson”, “Toshiba”, “Electrolux”, “WHAL”, “Black&Decker”, “Hoffmann” kimi beynəlxalq brendlərin Azərbaycanda eksklüziv distributoru, “Apple” brendinin isə rəsmi satış mərkəzidir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
-
- 16 d. əvvəl
-
20 d. əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 48 d. əvvəl
-
57 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə




















