MTRŞ internet tv-lərinin lisenziya almadan fəaliyyət göstərib-göstərə bilməyəcəyinə aydınlıq gətiridi

Yeni hazırlanan “Media haqqında” qanun layihəsində onlayn resurslar, xüsusən, audiovizual yayımla bağlı fəaliyyət və lisenziyalaşdırılmaya dair müddəalar müəyyən müzakirələrə yol açıb.
Bəzi ekspertlər hesab edir ki, yeni qanunun qəbul olunması ilə televiziya və radio yayımı sahəsində lisenziyalar artacaq, internet televiziyalar lisenziya almadan fəaliyyət göstərə bilməyəcək, lisenziya almaq üçün nəzərdə tutulan tələblər isə daha çox nəzarət mexanizmi funksiyası daşıyacaq.
Milli Televiziya və Radio Şurasından məsələ ilə bağlı bildirilib ki, MTRŞ-nın yeni “Media haqqında” qanun layihəsi ilə bağlı onlayn resurslara verdiyi açıqlama, xüsusən, audiovizual yayımla bağlı fəaliyyətin və lisenziyalaşdırılması ilə bağlı izahatı maraq doğurub və bəzi suallar yaradıb.
“Bildiririk ki, “Media haqqında” qanun layihəsində televiziya və radio yayımı sahəsində lisenziyaların artması yox, əksinə azalması gözlənilir. Belə ki, hazırda mövcud olan qanunvericiliyə görə Şura 11 növ lisenziya verir, amma yeni qanun layihəsində görə bu say 10-a düşəcək və bu lisenziyalar arasında internet televiziya və ya internet radio yayımı üçün lisenziya mövcud deyil”, - deyə MTRŞ-dan qeyd ediblər.
Bildirilib ki, platforma yayımçısı lisenziyası var ki, bu da həmin yayımçıların müxtəlif yayım platformalarına daxil olmasını istəməsi ilə əlaqədardır: “Hazırda bir sıra internet televiziya və radio kanalları mövcuddur ki, onlar kabel, İPTV və OTT operatorların paketlərində təmsil olunmaq və lisenziya almaq üçün Şuraya müraciət etmişlər. Lakin qanunvericilik imkan vermədiyindən biz bu məsələyə baxa bilmirik. Yeni qanun layihəsi qəbul olunarsa həmin kanallara platforma yayımçısı kimi lisenziya verərək onlara kabel, İPTV, OTT və digər tezlik və peyk tutum resursu tələb etməyən yayım ortamından yayım aparmaq imkanlarını tanımış oluruq.
Təbii olaraq internet üzərindən yayım aparan yayımçıların bu platformalara düşməsi üçün minimal tələblər müəyyən olunur ki, bu da onların öz veb-saytından yayım aparması və bu yayımın gün ərzində minimum 8 saat olmasıdır. Əks halda platforma operatorlarının onları öz yayım paketlərinə salmasının heç bir əhəmiyyəti olmayacaq.
Bildiririk ki, platforma yayımçısı kimi lisenziya almaq istəməyən, yaxud platforma yayımçısı kimi müəyyən olunan tələblərə cavab verməyən internet televiziya və ya radio kanalları yenə də sərbəst fəaliyyət göstərə biləcəklər. Bu, sadəcə, onların media subyekti kimi tanınmamasına və media reyestrinə daxil olmamasına səbəb olacaq.
Həmçinin qeyd olunmalıdır ki, qanun layihəsində yayımçı fəaliyyəti ilə operator fəaliyyəti köklü olaraq fərqləndirilir. Bundan başqa, tezlik və peyk tutumu resurslarından istifadə olunmaqla audiovizual media fəaliyyəti müsabiqə əsasında digər audiovizual fəaliyyətin isə müsabiqə olmadan sadələşdirilmiş prosedur əsasında lisenziyalaşdırılması təklif olunub”.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
9 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
