Pandemiyadan sonrakı istirahət üçün 10 ən gözəl.... və bahalı hotel
Ən ucuzu 450, ən bahası 3500 dollardan başlayır....Ötən il koronavirus pandemiyasına görə dünyada milyonlarla insan, o cümlədən həmvətənlərimiz də xarici ölkələrdə tətil və istirahətə gedə bilmədilər. Bu il qlobal peyvənd proqramı və karantin tədbirlərinin yumşaldılması çoxlarına yenidən sevimli məkanlarda istirahət imkanı verir.
Marja yay turizm mövsümünün ən qızğın çağında yeni kəşf edilməli olan 10 ən ekzotik hotel barədə məlumat təqdim edir.
Brando Hotel, Fransız Polineziyası

35 özəl villa, hər birində şəxsi hovuz, birbaşa okeana açılan mənzərə, nahar stolu və 5 ulduzlu hotellərə məxsus bütün servis. Leonardo DiKaprio, Bredli Kuper, Ellen Degeneres kimi Hollivudi məşhurları bura tez-tez gəlir. Barak Obama ABŞ prezidenti kimi vəzifəsini başa vurduqdan sonra 2017-ci ildə memuarlarını yazmaq üçün buranı seçib.
Qiymət 3500 dollardan başlayır...
W Melbourne, Avstraliya

Bu ilin fevralında açılan 294 nömrəli ultramodern hotelin 5 restoranı, qızıl çardaqlı daxili hovuzu və Yarra çayına açılan gözəl mənzərəsi var.
Ən aşağı qiymət 450 dollardır....
Sensei Lanai, Havay adaları

Cəngəlliyə bənzər əsrarəngiz təbiət, xüsusi SPA və Welness terapiyası. Qiymətlər tək nömrə üçün 650 dollardan, müalicə proseduru daxil 1200 dollardan başlayır....
Château du Grand-Lucé, Fransa

Fransanın mərkəzi hissəsində Parisdən cəmi 1 saatlıq məsafədə, Luar çayı dərəsində 18-ci əsrdən qalma qədim qəsr, antik mebel, ətrafında 32 hektarlıq bağ və göl, eləcə də maraqlı dizaynda hovuzlar.

Qiymət 720 dollardan başlayır...
Jack's Camp, Botsvana

Kalaxari səhrasında lüks düşərgə, 10 iri çadır, hər birində hovuz, qədim safari dizaynında yataq və İran xalçaları ilə bəzədilmiş çay içmə guşəsi var. Düşərgədə həm də kitabxana, bilyard otağı və bar mövcuddur.
Qiymətlər 1450 dollardan başlayır…
1 Hotel West Hollywood, Los Angeles

2019-cu ildə açılan bu hotel Los-Ancelesin ən lüks və geniş istirahət məkanlarından biridir. Ən maraqlı özəlliyi şəhərə mənzərəsi olan açıq hovuz və restoranıdır.

Qiymətlər 670 dollardan başlayır…
Crown Sydney, Avstraliya

2020-ci ilin dekabrında açılan bu hotel 14 restoranı, Sidney Körfəzinə baxan hovuzu və 349 lüks nömrəsi ilə öyünür. Qiymətlər 850 dollardan başlayır…
Grand Hotel Tremezzo, İtaliya

Birbaşa Komo gölünün sahilində yerləşən hotelin 90 lüks nömrəsi və üç hovuzu var. Hovuzlardan biri gölün düz içərisində düzəldilib.
Qiymətlər 980 dollardan başlayır…
Soneva Jani, Maldiv adaları

Hər biri özəl hovuz və birbaşa okeana tullanmaq üçün sürüşkən su yolu ilə təchiz edilmiş villalar ailəvi istirahət üçün ideal seçimdir. Oteldə su üzərində kinoteatr, ulduzları seyr etmək üçün rəsədxana, eləcə də dondurma və şokolad otaqları da var.
Qiymətlər 3290 dollardan başlayır!
Raffles Singapore

133 illik yaşı olan tarixi hotelin nömrələri yenilənsə də, hələ də Sinqapur təbiəti içərisində öz dəbdəbəsini və tarixi görkəmini saxlamaqdadır.

Qiymətlər 940 dollardan başlayır…
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 saat sonra
-
-
7 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
8 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
8 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















