Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin artırıb
Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 91,7 milyon ABŞ dolları olan 13 min 547 ədəd minik avtomobili ixrac olunub.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobillərin sayı 4 min 727 ədəd və yaxud 53,5 % artıb.
2021-ci ilin yanvar-may ayları ərzində (ilk 5 ayda) Azərbaycana 318 milyon 140 min dollar dəyərində 31 min 220 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal edilib.
Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı 2020-ci ilin ilk 5 ayı ilə müqayisədə 11 min 542 ədəd və ya 58,6% çoxdur.
Qeyd edək ki, 2020-ci ilin yanvar-may aylarında Azərbaycana 241 miylon 333 min dollar dəyərində 19 min 678 ədəd avtomobil idxal edilmişdi.
Bu ilin ilk 5 ayında minik avtomobillərinin idxalı 28 min 840 ədəd təşkil edib (ötən ilin ik 5 ayında 18 min 425 ədəd təşkil etmişdi).
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























