Kapital Bank Xoşbulaqda təmizlik aksiyası həyata keçirdi
(®️) Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq mütəmadi olaraq cəmiyyət üçün əhəmiyyətli olan müxtəlif tədbirlər həyata keçirir. Qarşıdan yay fəslinin gəlməsini, həmçinin ölkə ərazisində xüsusi karantin rejiminin yumşalmasını nəzərə alaraq, budəfəki aksiya Azərbaycanın Qərb bölgəsində, təmiz havası və gözəl təbiəti ilə seçilən, Daşkəsən rayonunun Xoşbulaq kəndində təşkil olundu.
Xoşbulaq Qoşqar çayın sahilində, Şahdağ silsiləsinin ətəyində yerləşir və orada havanın soyuq olması səbəbindən əsasən yay aylarında həm ölkənin Qərb bölgəsindən, həm də paytaxt Bakı da daxil olmaqla digər yerlərdən istirahətə gələnlərin sayı olduqca çox olur. Pandemiyadan əvvəlki illərdə buraya xaricdən gələnlərin də sayı az deyildi. Ancaq əfsuslar olsun ki, indiyədək ərazidə zibil qutularının olmaması səbəbindən mütəmadi aparılan təmizlik işləri heç bir fayda verməyib.
Məhz bu səbəbdən 5 iyun Ümumdünya Ətraf Mühit Günü Kapital Bank-ın baş ofisinin, həmçinin Qərb zonasında olan filiallarının əməkdaşları tərəfindən Xoşbulaqda “Təbiət evimizdir. Evimizi təmiz saxlayaq!” şüarı altında təmizlik işləri aparılıb. Təmizlik aksiyası çərçivəsində qeyd olunan əraziyə böyük və orta ölçülü olmaqla ümumilikdə 50-dək məişət tullantısı konteynerləri və qutuları yerləşdirilib. Layihə çərçivəsində ərazi üzrə olan kommunal təsərrüfat idarəsinin dəstəyi ilə istirahət mövsümündə orada müvafiq təmizlik işləri aparılacaq.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 38 d. əvvəl
-
-
14 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
16 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti






















