“Günay Sığorta” fəaliyyətini uğurla davam etdirir - YIĞMLARI ARTIB, ƏLAVƏ SƏRMAYƏ YATIRILIR
(®️) Azərbaycanın ilk özəl sığorta şirkəti olan “Günay Sığorta” şirkəti fəaliyyətini uğurla davam etdirir. Belə ki, şirkətin 2020 və 2021-ci illər üzrə 5 aylıq nəticələrini müqayisə etsək sığorta yığımlarında artımın şahidi olarıq.
2020-ci ilin ilk 5 ayı ilə müqayisədə şirkət sığorta yığımlarında 34% artım edərək 4 milyon 428 min sığorta haqqı toplamışdır. Ümumi bazarın tendensiyasına uyğun olaraq, şirkətdə icbari növlər üstünlük təşkil etsə də 2020-2021-ci illər üzrə şirkətin satış siyasətindəki dəyişikliklərdən sonra könüllü sığorta növlərinin də artımının şahidi oluruq.
Bununla yanaşı, hesabat dövründə şirkət tərəfindən sığorta hadisələri üzrə verilən ödənişlərin həcmi də açıqlanıb. Belə ki, qeyd olunan dövrdə baş vermiş sığorta hadisələri üzrə şirkət tərəfindən 1 milyon 464 min manat həcmində sığorta ödənişi həyata keçirilib. Ödənişlər müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında və operativ qaydada həyata keçirilib.
Xatırladaq ki, şirkət bu il nizamnamə kapitalını da 500 min manat, 6,5 % artıraraq 7,7 milyon manatdan 8,2 milyon manata çatdırmışdır. 08 aprel 2021-ci il tarixli porotokol ilə isə kapitalın daha 1,5 milyon manat məbləğində artırılması barədə qərar qəbul olunmuş və emissiya prospekti 26 may 2021-ci il tarixində Mərkəzi Bankda qeydə alınmışdır.
Beynəlxalq Audit şirkəti olan RSM şirkəti tərəfindən 31 dekabr 2020-ci il tarixinə şirkətin maliyyə vəziyyəti haqqında hesabatı mənfəət və ya zərər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarının audit yoxlaması aparılmışdır. Rəyə əsasən əlavə edilmiş maliyyə hesabatları 31 dekabr 2020-ci il tarixinə şirkətin maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir. Maliyyə hesabatı şirkətin rəsmi saytında (www.gunaysigorta.az) yerləşdirilmişdir.
Şirkət Bakı şəhərində və regionlarda 11 nümayəndəliyi və 100-dən çox satış nöqtəsi ilə 19 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 23 d. əvvəl
-
- 43 d. əvvəl
- 46 d. əvvəl
-
51 d. əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
















