“Avrasiya-Kredit” BOKT-un xalis mənfəəti 3 dəfəyə yaxın artıb
“Avrasiya-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 171 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə, bu 2019-cu illə müqayisədə 2,55 dəfə çoxdur.
Ötən il “Avrasiya-Kredit”in vergiyəqədərki mənfəəti 213 min manat (əvvəlki ilə nisbətən 2,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 43 min manat (2,5 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Avrasiya-Kredit”in aktivləri 3 milyon 28 min manat olub ki, bu da illik müqayisədə 23,8% çoxdur. Bunun 2 milyon 27 min manmatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 5,5% böyüyüb.
Hesabat dövründə “Avrasiya-Kredit”in öhdəlikləri təxminən 23 dəfə artaraq 647 min manata çatıb, balans kapitalı isə 1,4% azalaraq 2 milyon 381 min manata düşüb.
Xatırladaq ki, “Avrasiya Kredit” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. BOKT-un təsisçisi Beynəlxalq Avrasiya Mətbuat Fondudur (Qeyri-hokumət təşkilatı).
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
8 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib

























