“FİNCA Azərbaycan” yenidən tənəzzüldədir?
Xalis mənfəətinin 16 dəfə azalmasının səbəbi
“FİNCA Azərbaycan” BOKT MMC 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Marja-nın məlumatına görə, hesabatda dərhal diqqəti çəkən bank olmayan kredit təşkilatının (BOKT) xalis mənfəətinin 16 dəfədən çox azalaraq 2019-cu ildəki 11 milyon 79 min manatdan 2020-ci ildə 673 min manata düşməsidir.
Hesabatdan məlum olur ki, “FİNCA Azərbaycan”ın cari fəaliyyətində tənəzzül mövcud deyil, xalis mənfəətin azalması ehtiyatdan azad olan vəsaitin azalması ilə əlaqədardır. Təşkilat əvvəlki dövrlərdə ehtimal olunan kredit zərərlərinin bərpası üçün ehtiyat yaratmışdır. Verilmiş kreditlər üzrə gözlənilən qədər zərər olmadığından 2019-cu ildə ehtiyatın bir hissəsi gəlirə əlavə edilmişdi. Bu səbəbdən “FİNCA Azərbaycan”ın xalis mənfəəti yüksək olmuşdu.
FAİZ GƏLİRLƏRİ ARTIB
Belə ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “FİNCA Azərbaycan”ın faiz gəlirləri 3 dəfədən çox artaraq 5 milyon 490 min manat təşkil edib. Təşkilat 2019-cu ildə 1 milyon 728 min manat faiz gəlirləri əldə etmişdi. Ehtimal olunan kredit zərərlərinin azalmasından əvvəlki faiz gəlirləri 2,9 dəfə artaraq 4 milyon 835 min manat təşkil edib. Ehtimal olunan kredit zərərlərinin bərpası üçün yaradılmış ehtiyatdan azad olmuş vəsait ötən il 14 dəfə azalaraq 869 min manata düşüb. 2019-cu ildə ehtiyatdan azad olmuş vəsait 12 milyon 280 min manat təşkil etmişdi. Beləliklə, “FİNCA Azərbaycan”ın xalis mənfəətinin kəskin azalması gəlirlərinin azalması ilə deyil, ehtimal olunan kredit zərərlərinin bərpası üçün yaradılmış ehtiyatdan azad olan vəsaitin azalması ilə əlaqədardır.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2019-cu illə müqayisədə 2020-ci ildə “FİNCA Azərbaycan” tərəfindən müştərilərə verilmiş xalis kreditlər də artıb. Belə ki, ötən il müştərilərə verilmiş cəmi xalis kreditlər 5 milyon 783 min manat və ya 47,5% artaraq 17 milyon 946 min manata çatıb. 2019-cu ildə təşkilatın xalis kredit portfeli 12 milyon 163 min manat təşkil etmişdi.
Ötən il “FİNCA Azərbaycan” işçilərinin sayı 29 nəfər artaraq 171 nəfərə çatıb.
“FİNCA Azərbaycan” MMC ofisi Hollandiyada yerləşən “FİNCA Microfinance Cöperatief U.A” təşkilatının törəmə şirkətidir. Təşkilat mikro, kiçik və orta bizneslərə kredit verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
1 gün əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
