Qarabağa həsr olunan avro buraxılıb – FOTOLAR
Suvenir avro banknotları “Shusha Fortress” layihəsi adı altında Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsinə həsr olunub.
Sıfır avro nominalında olan suvenir banknotların buraxılmasında əsas məqsəd 44 günlük zəfər tariximizin yaddaşlara həkk olunması, Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi, işğaldan azad edilmiş əzəli torpaqlarımızın tarixinin, milli, mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
“Shusha Fortress” layihəsinin ideya müəllifləri Balamirzə Cavadov, Şamil Mustafayev, PR və Kommunikasiya rəhbəri Xəyal Azəroğlu, dizayneri isə Rəhim İsmayılovdur.
Xatirə avro nişanının dizayn mövzusu Qarabağın tarixi abidələrinə, flora və faunasına həsr olunmuş, üz tərəfində Şuşa qalası, Qarabağ atı və Xarıbülbül gülü təsvirləri, arxa tərəfində isə Xudavəng monastırı, Cümə məscidi, eyni zamanda Xudafərin körpüsü əks olunub. Sıfır nominallı suvenir avro banknotları yüksək keyfiyyətli xüsusi kağız materialından məhdud sayda çap olunub və dövriyyədə istifadə olunan avro ilə eyni keyfiyyətdədir. Sözügedən suvenir əsginaslar Avropa Mərkəzi Bankının rəsmi dəzgahlarında çap olunur və əmtəə nişanı kimi qeydiyyata alınır.
Qeyd edək ki, 44 günlük zəfər tarixinə və Qarabağa həsr olunan 0 avro banknotları artıq satışa da çıxarılıb. Məhdud sayda çap olunan hədiyyəlik əsginasları www.shushafortress.com saytından sifariş etmək mümkündür.
Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün banknotların Azərbaycanla yanaşı, bir çox ölkələrdə, xüsusilə Avropada da satışı həyata keçiriləcək. Əsginasların satışından əldə olunan gəlirlərin 20%-i Yaşat Fonduna köçürüləcək.
Xatırladaq ki, 0 avro nominallı suvenir banknotlar 2015-ci ildən etibarən Riçard Feylin ideyası əsasında çap olunmağa başlayıb. Avropa Mərkəzi Bankının rəsmi icazəsi və lisenziyası ilə çap olunan əsginaslar xüsusi günlərə, dahi şəxslərə və yubileylərə həsr edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)



