“Olympus Park”ın Nobel layihəsi dayandırılıb
Bakıda bina tikərkən qanunsuz olaraq yaxınlıqdakı obyekti sökən “Olympus Park”da tikinti işləri dayandırılıb.
Vətəndaş İlham Sərdarov bildirib ki, bir il öncə Xətai rayonunda yerləşən və ona məxsus “Lider” idman klubunun da yerləşdiyi 1,2 hektar ərazi hasara alınaraq orada hündürmərtəbəli binalar tikilməyə başlanılıb.
Qeyd edib ki, həmin ərazidə iki bina tikilib, üçüncü bina tikilərkən onun obyekti də sökülməli olub. Lakin şirkət İ.Sərdarovla məbləğdə razılaşmayıb: “Bu il martın 20-si gecə saat 4 radələrində mənə zəng edib dedilər ki, sizin zalı sökürlər. Mən gəlib gördüm ki, 30 mühafizəçi ilə ekskovator gətirib zalı sökürlər. Məni görəndən sonra onlar qaçdı, amma obyektin bir hissəsini söküb avadanlıqlara da ciddi ziyan vermişdilər. Zalın ölçüsü 315 kvadratmetrdir, 240 kvadrat metr üçün “kupça” (çıxarış) verilib, 150 kvadrat da həyəti var. İndi demək olar ki, zal məhv olub. Binanı “Olympus Park”ın ekskovatoru ilə söküblər”.
İ.Sərdarov bildirir ki, obyekti şirkətə təhvil vermək üçün 1,5 milyon manat ödəniş istəyib: “Onlar 300 kvadrat yer və 300 min manat təklif ediblər, mən də razılıq verməmişəm. Şirkətin mənim zalımı qanunsuz olaraq sökməsi ilə bağlı məhkəməyə də müraciət etmişəm, zalın bərpa edilməsini və 1 milyon manat təzminat tələb etmişik. Həmçinin cinayət işi başlanılması üçün Bakı şəhər prokurorluğuna müraciət etmişik.
Müvafiq dövlət qurumlarına da şikayətlərimizi göndərdik. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bir ay öncə gəlib binanın tikintisini dayandırdı. Məndə olan məlumata görə, ümumiyyətlə, “Olympus Park” tikinti üçün FHN-dən rəy almayıb. Tikinti aparan şirkətin sahibi Rafael Qarayev isə deyir ki, mənimlə düşmənçilik aparırsan”.
Adıçəkilən Rafael Qarayev açıqlamasında bildirib ki, həmin binaların ona aidiyyatı yoxdur və əlavə edib ki, tikintini aparan şirkətə məlumat verəcək ki, redaksiya ilə əlaqə saxlasınlar.
Hazırda inşa olunan binaların icraçısı Mehdi Bədirov saytımıza müraciət edərək bildirib ki, “Lider” idman klubunu qəsdən yox, bilmədən söküblər: “Həmin obyekt İlham Sərdarova məxsus olsa da, torpaq bizimdir. Həmin zal bizim torpaqda yerləşir. Biz həmin şəxsə təklif etmişik ki, binada 600 kvadratmetrlik idman zalı açacağıq. Orada 300 kvadratmetrlik qadınlar üçün nəzərdə tutulan hissə şirkətdə qalacaq, kişilər üçün olan qalan 300 kvadrat yeri isə ona verəcəyik. Bundan başqa, İlham Sərdarova binadan bir mənzil təklif etmişik. Lakin o bizim təkliflərimizlə razılaşmır, əvvəl 2 milyon manat tələb edirdi, indi 1,5 milyon istəyir. Bizdə də o qədər pul yoxdur”.
M.Bədirov tikintinin dayandırıldığını təsdiqləyib: “Məhkəmə getdiyi üçün müvəqqəti dayandırılıb. Hazırda tikinti getmir, xırda təmizlik işləri gedir”.
“Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
11 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 11 saat əvvəl
-
12 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
13 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
13 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
13 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir






.jpg)
.jpg)




.jpg)








