İlk 3 yerdən 2-sinin qalibi IBA Tech Akademiyasının məzun və tələbələri oldu
(®️) Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkil etdiyi “Rəqəmsal idarəetmədə süni intellekt” beynəlxalq konfransı çərçivəsində keçirilmiş data yarışmasının qalibləri seçilib və onlara mükafatlar təqdim olunub. Qaliblər sırasında Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasının məzunları da var.
Belə ki, yarışmada Akademiyanın məzunlarından Mikayıl Yusifov öz komanda yoldaşları ilə birinci yerə, Machine Learning tələbəsi Elşən Qədimov üçüncü yerə layiq görülüb. Beləliklə, ilk üç yerdən ikisinin qalibi IBA Tech Akademiyasının məzun və tələbələri olub. Akademiyanın daha bir tələbəsi Anar Həsənov isə yarışmanın mükafatçılarından olub. Qaliblərin mükafatlandırılması mərasimində müxtəlif dövlət qurumlarının və texnologiya şirkətlərinin rəhbərləri iştirak edib.
EHİM-in keçirdiyi beynəlxalq konfrans və data yarışması dünya şöhrətli alim, bu il anadan olmasının 100 illiyi tamamlanan Lütfi Zadənin xatirəsinə həsr olunub. Konfransda 22 ölkədən 58 spiker çıxış edib. 19 ölkədən 900-ə yaxın unikal iştirakçı qoşulub.
Data yarışmasında iştirak üçün isə 185 komanda qeydiyyatdan keçib. Belə bir yarışmanın məqsədi Azərbaycandakı data mütəxəssislərinin aşkar edilməsi, onlarla əməkdaşlığın qurulması və gələcəkdə yeni layihələrin reallaşdırılmasıdır. Yarışmanın həyata keçirildiyi “Kaggle” platforması data elmi və maşın öyrənmə sahəsindəki həvəskar və peşəkarların onlayn cəmiyyətidir. Platforma 5 milyondan çox istifadəçi ilə 194 ölkəni əhatə edir. Müxtəlif fəaliyyət sahələrinə aid data əsaslı məsələlər burada komanda, yaxud fərdi qaydada həll olunur. Tədbir haqqında ətraflı məlumat: https://ai4digigov.com/
Xatırladaq ki, IBA Tech Akademiyası 2019-cu ilin sentyabrından fəaliyyətə başlayıb. Belə bir Akademiyanın yaradılmasında Azərbaycan Beynəlxalq Bankının məqsədi ölkəmizin əmək bazarı üçün peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasıdır. İndiyə qədər 200-dən çox gənc müxtəlif proqramlar üzrə Akademiyadan məzun olub. Onların böyük əksəriyyəti Azərbaycan Beynəlxalq Bankında, eləcə də digər yerli və xarici şirkətlərdə işlə təmin edilib.
Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























