Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mebel istehsalçıları və ixracatçıları ilə görüş keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mebel istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın sahələri üzrə sahibkarların qarşılaşdıqları çətinliklərin çevik şəkildə öyrənilməsi, onların qanunvericiliyə dəyişiklik və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi intensiv şəkildə davam etdirilir.

 

Reklam_3_11

Növbəti belə görüş "Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Vergi siyasəti baş idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə mebel istehsalı və ixracı üzrə mövcud problemlər, onların həlli və sahənin inkişafı üzrə verilən təkliflər müzakirə edilib.

İştirakçıların nəzərinə çatdırılıb ki, qanunvericiliyin investisiya yönümlü olması dövlətin iqtisadi siyasəti üzrə əsas prioritet istiqamətlərdən biri olduğu üçün, gələcək dövrlərdə də dövriyyənin şəffaflaşması çərçivəsində sənaye sahəsinə dövlət dəstəyinin verilməsi davam etdiriləcək.

Tədbirdə vergi qanunvericiliyi ilə bağlı qaldırılan məsələlərin, habelə sahə üzrə istehsal, ixrac və digər əməliyyatlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə yarana biləcək münasibətlərin tənzimlənməsinin diqqətdə saxlanılacağı qeyd olunub və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.

Mebel istehsalçıları
26.04.2021 15:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18