“PASHA Bank CUP III” yarışması başlayır
(®️) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, ölkədə İT sahəsinin inkişafına dəstək verməyə və bu sahədə bacarıqlı kadrları üzə çıxarmağa davam edir. Belə ki, Bank, ənənəsinə sadiq qalaraq növbəti dəfə “PASHA Bank CUP” yarışmasını keçirir.
Yarışmanın əsas məqsədi iştirakçılara yeni fundamental biliklər əldə etmək, bacarıqlarını genişləndirmək və peşəkar keyfiyyətlərini nümayiş etdirmək üçün əlverişli şərait yaratmaqdır. Yarışmada məktəblilər, tələbələr və peşəkar proqramçılar daxil olmaqla, müxtəlif yaş qruplarına aid istedadlı yerli proqramçılar iştirak edə bilər.
Sayca üçüncü dəfə keçirilən bu yarışma 4 təsnifat və 1 final mərhələsindən ibarət olacaq. Hər bir təsnifat mərhələsində ölkənin ən güclü beyinləri fərqli fundamental mövzularda onlayn müsabiqələrdə yarışacaq. Təsnifat mərhələlərində ən çox bal toplayan iştirakçılar isə yarışmanın oflayn şəkildə keçiriləcək final mərhələsinə qatılacaq və "PASHA Bank Cup III" kuboku uğrunda mübarizə aparacaq.
Hər yaş kateqoriyasında ilk üç yerin qalibləri “PAŞA Bank” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Ən əsası isə, yarışma zamanı yüksək nəticələr göstərən iştirakçılar Bankın Rəqəmsal Mühəndislik departamentində təcrübə proqramına qatılmaq, hətta Bankda işləmək imkanı əldə edəcək.
Beləliklə, "PASHA Bank Cup III" yarışmasının ilk təsnifat mərhələsi 21 may 2021-ci il tarixində başlayacaq və üç gün ərzində qüvvədə olacaq. Müsabiqənin mövzusu “Kodlaşdırma tətbiqi” (Implementation) olacaq. Bir neçə alqoritm sualından ibarət olan bu mərhələdə iştirakçıların ümumi kodlaşdırma və sadə alqoritmik təfəkkürü sınaqdan keçiriləcək. Müsabiqə başladıqdan sonrakı 4 saat ərzində sualları bitirmək tələb olunacaq.
Müsabiqəyə qatılmaq istəyən proqramçılara hər bir müsabiqədən öncə mövzulara hazırlaşmaq üçün mənbə və vaxt da veriləcək. Bununla da, şagirdlər, tələbələr və peşəkar proqramçılara proqramlaşdırma üzrə ən vacib olan fundamental bilikləri artırmaq və yeniləmək imkanı yaradılacaq.
Biliklərinizi artırmaq, yeni məlumatlar əldə etmək və müsabiqədə daha uğurlu nəticələr göstərmək üçün “PAŞA Bank”ın Rəqəmsal Mühəndislik komandası aşağıdakı kitabları və kursları tövsiyə edir:
- Kitablar:
Algorithms, 4th Edition by Robert Sedgewick and Kevin Wayne
The Algorithm Design Manual by Steven Skiena
- Onlayn kurslar:
https://www.coursera.org/learn/algorithms-part1
https://www.coursera.org/learn/algorithms-part2
https://www.udemy.com/course/learn-data-structure-algorithms-with-java-interview/
Ətraflı məlumat əldə etmək və yaranan suallara cavab almaq üçün müsabiqənin rəsmi Teleqram kanalına https://t.me/digitalengineer qoşula bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





