Asiya və Avropa bazarları həftəyə nikbin başlayıb, gözlər ABŞ-dadır
İlkin göstəricilər və proqnozlar dinamik və maraqlı həftə yaşanacağından xəbər verir.Həftənin ilk iş günündə Asiya və Avropa bazarlarında müsbət dinamika müşahidə olunur.
Marja xəbər verir ki, Çin səhmləri üç həftəlik ən yüksək göstərici nümayiş etdirib, CSI 300 indeksi aprelin əvvəllərindən bəri ilk dəfə 0,3% artıb. Şanxay kompozit indeksi 0,19%, Şenzen komponenti 0,54%, Honkonqun Hang Seng indeksi 01.% yükləsib. Cənubi Koreyanın KOSPI indeksi 0,4%, Yeni Zelandiya səhmləri 0,6%, Yaponiyanın Nikkei 225 indeksi ötən həftəki itkiləri bərpa etməyə başlayaraq, 0,45%, Topix isə 0,4% yüksəlib. Avstraliyanın S&P ASX 200 indeksi ötən həftəki bayram tətilləri səbəbindən dəyişməz qalıb.
Pandemiyanın ciddi zərbələr vurduğu və yoluxma göstəricilərinin son günlərdə yeni rekordlarla müşaiyət olunduğu Hindistan bazarında da nisbi artım qeydə alınıb. Nifty 50 indeksi 1,2%, BS Sensex 1,32 % yüksəlib.
Avropa birjalarının da müsbət dinamika ilə açılacağı gözlənilir. Xüsusən, Almaniyanın DAX birjasının 1 bənd artaraq, həftəyə 15,274 göstərici ilə, Londonun FTSE indeksinin 5 bənd azalaraq, 6,926 göstəricisi, Fransanın CAC40 indeksinin 1 bənd aşağı - 6,255-də və İtaliyanın FTSE MIB indeksinin 16 bənd yüksəlməklə 24,169 göstəricisi ilə başlayacağı proqnozlaşdırılır.
Qlobal bazarların əhvalı daha çox ABŞ-da bu həftə gözlənilən iqtisadi hadisələr və məlumatlardan asılı olaraq dəyişə bilər. Belə ki, dünyanın ən iri şirkətlərindən olan Apple, Microsoft, Amazon və Google-un ana şirkəti Alphabet birinci rübün iqtisadi göstəricilərini və korporativ mənfəətlərini açıqlamalıdır. Həmçinin, ABŞ-da ÜMD artımı ilə bağlı ən son məlumatların cümə axşamı, inflyasiya rəqəmlərinin cümə günü açıqlanacağı gözlənilir. Eləcə də, ABŞ Mərkəzi Bankı (Fed) cari həftənin çərşənbə axşamı və çərşənbə günü monetar siyasətlə bağlı növbəti toplantılarını keçirəcək. Bir çox investorların və şirkətlərin gözü, qulağın həmin toplantıda olacaq. Fed rəhbəri Cerom Pauellin Federal Açıq Bazar Komitəsinin qərarları ilə bağlı çərşənbə günü mətbuat konfransı keçirəcəyi planlaşdırılır.
Bu gözləntilər fonunda ABŞ birjaları ötən həftənin son iş gününü artımla yekunlaşdırıb. S&P500 gün arası rekord göstərici əldə edərək, 1,1% yüksəlib. NASDAQ 1,4%, Dow Jones 0,7% artıb. ABŞ-ın 10 illik Xəzinədarlıq İstiqrazlarının gəlirlik dərəcəsi 0,014% artım əldə edib.
Birjalarda Brent markalı neftin iyun ayı üçün fyuçers qiyməti bir barrelə 65,34 dollar təşkil edir, Qərbi Texas (WTI) nefti 61,42 dollara təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
26 d. əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
3 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
3 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək


























