Rusiyanın premium avtomobillərinin istehsalına başlanılır
May ayında Rusiyanın premium avtomobilləri olan Aurus Senat-ın Yelabuqa (Tatarıstan) zavodunda seriyalı istehsalına başlanacaq.
Marja xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Yelabuqadakı (ya da Alabuqa) Aurus-un seriyalı istehsalına May ayında başlanacaq, layihə əvvəllər elan edilmiş plana tam uyğun olaraq irəliləyir”,- Nazirlikdən bildirilib.
Aurus Senat avtomobilinin baza versiyasının satış qiyməti 18 milyon rubl (402 min manat), yüksək performanslı versiyasının qiyməti isə 22 milyon rubl (491 min manat) təşkil edəcək. Sənaye və Ticarət Nazirliyindən verilən məlumata görə, avtomobillər ilk müştərilərə may ayında təhvil veriləcək.
Gələcəkdə Yelabuqadakı zavod Aurus Komendant adlı yolsuzluq avtomobillərini də istehsal edəcəkdir. Yeniliyin 2020-ci ildə Moskvada “Motor Show”da təqdim ediləcəyi planlaşdırılmışdı, ancaq pandemiya səbəbindən tədbir ləğv edilib.
Nazirliyin 2019-cu ilin sonunda təqdim etdiyi plana görə, Aurus Senat sedanının seriya istehsalına başlanılması 2021-ci ilin birinci rübünə nəzərdə tutulmuşdu. Bu ilin mart ayında satış üçün nəzərdə tutulmayan Aurus-un ilk pilot partiyasının buraxıldığı məlum oldu, avtomobillər sınaq üçün NAMI-yə (Rusiyanın Avtomobillər üzrə Mərkəzi Elmi İnstitutu) göndərildi.
Aurus, limuzin, sedan, minivan və yolsuzluq avtomobili təqdim edən ilk rus lüks avtomobil markasıdır. Layihə "Cortege" kod adı ilə qəbul edilib və Vadim Şvetsovun “Sollers” qrupunun və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) “Tawazun” fondunun köməyi ilə dövlətə məxsus NAMI institutu tərəfindən həyata keçirilir. Layihəyə dövlət investisiyaları 12,4 milyard rubl təşkil etmişdir. Aurus-un səhmdarları FSUE NAMI (% 63,5), BƏƏ-nin Müdafiə, Təhlükəsizlik və İnkişaf Fondu “Tawaz”un (% 36) və “Sollers”dır (% 0,5).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)