"Skan et və ödə!": QR-kod ilə ödənişlərin üstünlükləri
(®️) Son illərdə QR-koddan istifadə hər yerdə tətbiq edilən innovativ onlayn tendensiyadan sistemli maliyyə prosesinə çevrilmişdir. Əgər daha öncədən biz hər-hansı bir informasiyanı əldə etmək üçün QR-kodu skan edirdiksə, son bir neçə ildə dünyada bu üsulla ödəmələr həyata keçirmək daha da aktuallaşıb.
QR-kodun əsas üstünlüyü istifadəçi məlumatlarının effektiv saxlanması, əlavə yükləyicilər, torrent və s. olmadan məlumatları yükləmək üçün açıq bir kanal təmin etməsidir. İnternetə çıxışı olan hər bir smartfon kodu skan edərək istədiyi informasiyanı əldə edə bilir. Ödəmə üsulu üçün ideal funksiyadır, elə deyil mi?
Çin mobil ödəmə sistemi olan “Alipay” Avropada 6 mobil pul qabı ilə birlikdə avropa və çin turistləri üçün unikal ödəmə üsulu hazırlayır. Söhbət özəyində QR-kod duran bir sistemdən gedir. Bluecode, ePassi, Momo Pocket, Pagaqui, Pivo, Vipps və Alipay şirkətləri birləşərək Avropada dağınıq halda olan mobil ödəməni yekdil bir sistem halına salmağa çalışırlar. Tezliklə bu mobil pul qabıların istifadəçiləri Avropanın 10 ölkəsində dəstəklənən QR-kod vasitəsilə ödəmələrini həyata keçirə biləcəklər.
Bu rəqəmsal pul qabılarını dəstəkləyən sahibkarlar digər ölkələrdən də ödəmələri qəbul edə biləcəklər. Bununla yanaşı, “Alipay” istifadəçiləri də xüsusi QR-kod vasitəsilə ödəmələrini həyata keçirə biləcəklər. Məlumatlara əsasən, 6 avropa istehsalı olan mobil pul qabıların 5 milyona yaxın istifadəçisi və 190 minə yaxın müştərisi vardır.
"Bütün dahiyanə fikirlər, əslində, sadədir". Ona görə də uğur əldə edir.
2019-cu ilin dekabr ayından dünyanı pandemiya dalğası bürüdüyündən insanlar həm bir-biriləri ilə, həm də nağd pullarla az təmasda olurlar. Statistika göstərir ki, ölkəmizdə nağdsız ödənişlərin sayı nisbətən daha da artıb və fiziki pullar arxa plana keçməkdədir. QR-kod vasitəsilə həyata keçirilən ödənişlər yalnız cəldliyi, rahatlığı ilə deyil, həm də təhlükəsizliyi ilə fərqlənirlər.
Çin artıq uzun müddətdir ki QR-kod ilə ödənişlərə keçib. İnsanlar WeChat proqramı vasitəsilə pul vəsaitlərini bank hesablarından proqrama köçürərək ödənişlərini QR-kod olan lövhələri skan etməklə həyata keçirirlər. Beləliklə, bir Çinli fermer maraqlı tərzdə tərəvəz yetişdirərək Ginnesin rekordlar kitabına düşüb. Toxumları öz sahəsində elə əkib ki, quş uçuşu hündürlüyündən bu forma onun WeChat tətbiqindəki QR-kodunun kontur cizgiləri ilə eyni olub.
Yeni eraya keçid etmək zamanıdır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
7 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
10 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)













