Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mühasiblər və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mühasiblər və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Qanunvericiliyin icra mexanizmlərinin effektivliyinin artırılması əlverişli biznes mühitinin formalaşdırılmasında böyük əhəmiyyət daşıyır. Bu baxımdan, vergi ödəyiciləri, biznes assosiasiyaları ilə qarşılıqlı əməkdaşlıq, vergi sahəsində qarşıya çıxan məsələlərin müzakirə edilməsi və təkliflərin öyrənilməsi, qanunvericilik və inzibatçılığın təkmilləşdirilməsi vacib amillərdəndir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən biznes assosiasiyaları ilə keçirilən müzakirələrin davamı olaraq, bir sıra kommersiya şirkətlərinin mühasiblərinin və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd iş prosesi zamanı mühasiblərin qarşılaşdıqları inzibati və texniki problemlərin müzakirə olunması, müvafiq izahların verilməsi və ya  düzəlişlərin edilməsi olub. Görüşdə bir sıra bölmələr üzrə - elektron qaimə-faktura, şəxsi hesab vərəqəsi, elektron kabinet, sərəncamların icrası, idxal əməliyyatları üzrə rəsmiləşdirmələr və s. mövzularda toplanmış və emal edilmiş 100-ə yaxın fərqli təklif ətraflı müzakirə edilib. Tədbirdə sadalanan bir sıra problemlərin artıq öz həllini tapdığı, bir qisminin həll edilməsi üçün zəruri düzəlişlərin tətbiq olunacağı, bəzi təkliflərin isə texniki imkanlar nəzərdən keçirildikdən sonra mərhələli şəkildə təmin ediləcəyi diqqətə çatdırılıb.

Səmərəli keçən görüşdə sahibkarlıq subyektlərinin inzibatçılıq yüklərinin azaldılması və optimallaşdırılması istiqamətində tədbirlərin davamlılığı, dövlət-biznes münasibətlərində dialoq platformasının bundan sonra da inkişaf etdiriləcəyi vurğulanıb.

Mühasiblər mühasibatlıq xidmət
12.04.2021 18:39
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18

SON XƏBƏRLƏR