Xiaomi də elektrikli avtomobil "karvanına" qatılır
Apple, LG və Huawei-dən sonra ağıllı telefon istehsalçısı Xiaomi-nin də elektrikli avtomobil istehsalına sərmayə yatıracağı bildirilir.Xiaomi, üç il ərzində elektrikli avtomobil sektoruna 15 milyard dollarlıq sərmayə qoymağı planlaşdırır.
Marja "Bloomberg News"a istinadən xəbər verir ki, ağıllı telefon istehsalçısı Xiaomi, bir çox elektrikli avtomobil istehsalçısının olduğu elektrikli avtomobil (elektromobil) bazarına daxil olmağı nəərdə tutur.
Axtarış nəhəngi Baidu və Geely də daha əvvəl elektrikli avtomobil istehsal etmək üçün ortaqlıq quracaqlarını açıqlamışdılar. Elektrikli vasitə satışları bu il yalnız Çində 50%-dən çox artıb.
Xəbərə görə, Xiaomi planlaşdırılan sərmayənin 60%-ını özü qarşılayacaq, qalan hissəsini isə borc alacaq.
Çin şirkəti Xiaomi, ağıllı telefonlarda tətbiq etdiyi istehsal modelini elektrikli avtomobillərə tətbiq etməyi də planlaşdırır. Bu mövzuda da Xiaomi, Foxconn kimi müqavilə ilə istehsal edə bilən şirkətlərə güvənir. Xəbərdə şirkətin ənənəvi avtomobil istehsalçıları ilə ortaq ola biləcəyi də qeyd edilib.
Apple, LG, Huawei və Foxconn kimi şirkətlər ötən aylarda elektrikli avtomobil istehsal etmək üçün müxtəlif ortaqlıqlar planlaşdırdıqlarını açıqlamışlar. Gələcəyin avtomobil istehsalçılarının ağıllı telefon istehsalçılarının olacağı danışılır.
Toyota və Volkswagen kimi ənənəvi avtomobil istehsalçıları isə sektora yeni daxil adlardan narahat olmadıqlarını bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















.jpg)




