Daha 3 şirkət Balaxanı Sənaye Parkının rezidenti oldu - ADLARI
Balaxanı Sənaye Parkında istehsal genişlənirTəkrar emal və “sıfır tullantı” prinsipi ilə fəaliyyət göstərən Balaxanı Sənaye Parkında daha 3 rezident qeydiyyata alınıb.
Bu barədə MArja-ya İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, kimyəvi təmizlik vasitələri və kağız məhsulları istehsalı ilə məşğul olacaq “Horeca” MMC xammal kimi kimyəvi maddələr və kağız tullantılarından istifadə edəcək. İl ərzində 1000 ton kimyəvi təmizlik vasitələri və 1500 ton kağız məhsullarının istehsalını nəzərdə tutan layihənin dəyəri 2,4 mln. manatdır. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunacaq.
Digər yeni rezident “Buta Project” MMC hidroizolyasiya və dam örtükləri istehsal etməyi planlaşdırır. Dəyəri 1 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 3,2 milyon m² izolyasiya materialı istehsal ediləcək.
Polietilen tullantıların emalı nəticəsində qranul (Dənəvərləşdirilmiş qatışıq yem) istehsalı üzrə ixtisaslaşacaq “Chameleon Group” MMC isə il ərzində 1000 ton məhsul istehsal edərək əsasən daxili bazarı təmin etməyi nəzərdə tutur. Layihənin ümumi dəyəri 250 min manatdır.
Qeyd edək ki, 10,1 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkının 22 rezidentindən 16-si artıq fəaliyyət göstərir və 780-ə yaxın daimi iş yeri yaradılıb. Parkın əsas məqsədi kiçik və orta sahibkarlara münbit biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








