PAŞA Bankdan Novruz bayramı münasibətilə xeyriyyə təşəbbüsü
(®️) Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank, Novruz bayramı ərəfəsində də xeyriyyə təşəbbüslərini həyata keçirməyə davam edib.
Belə ki, PAŞA Bank, ADA Universitetinin Fondu və ADA Könüllülər Hərəkatı ilə birgə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralanan qaziləri və onların ailələrini ziyarət edib. Mart ayının 17-si və 19-da təşkil olunan səfər zamanı ailələrə qida məhsulları və kitablardan ibarət hədiyyə qutuları təqdim olunub.
Növbəti xeyriyyə aksiyası çərçivəsində isə mart ayının 18-də Sumqayıt şəhərinin ahıl sakinlərini ziyarət edən Bank əməkdaşları, onları bayram sovqatı ilə sevindirib. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”i ilə birgə həyata keçirilən bu xeyriyyə təşəbbüsü çərçivəsində 50 ailə ilə görüş keçirilib.
Xatırladaq ki, PAŞA Bank əməkdaşları ötən ilin noyabr ayında “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin nümayəndələri ilə birlikdə Bərdə şəhərinə səfər edərək, düşmən atəşi nəticəsində zərərçəkmiş 100-ə yaxın ailəyə yardım göstərib. Bir müddət öncə isə Bank, İsrail-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi xeyriyyə aksiyasına qatılaraq, Bərdə şəhərində dağıntıya məruz qalmış yaşayış məntəqələrinin sakinlərinə humanitar yardımın göstərilməsində iştirak edib.
Xeyriyyə təşəbbüslərdən biri də, PAŞA Bankın dəstəyi ilə ASAN könüllülərinin cəbhəyanı ərazilərdə yaşayan və müharibənin fəsadlarından əziyyət çəkən uşaqlarla görüşü olub. Psixoloji gərginlik keçirmiş azyaşlılara dəstək olmaq, uşaqların əhval-ruhiyyəsini yüksəltmək məqsədilə onlara müxtəlif hədiyyələr təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




