Bakı Limanının Ro-Ro terminalı özəl şirkətin idarəçiliyinə verilir
“İndi Bakı Limanı tamamilə dövlətə məxsusdur və bütün terminalları dövlətə məxsus “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC idarə edir”.
Bunu Limanın baş direktoru Taleh Ziyadov xarici KİV-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bütün terminalların bizim tərəfimizdən idarə edilməsi yaxın gələcəkdə dəyişəcək: “Liman terminallarının hər birinin bu sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən idarə olunmasını istəyirik. Məsələn, Ro-Ro terminalımıza bu sahədə təcrübəsi olan və əlavə yük həcmləri cəlb edə biləcək bir şirkət xidmət göstərəcəkdir. Eyni məsələ konteyner terminalı və qrup terminalı üçün də aiddir”.
Xatırladaq ki, 14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. 12 terminaldan ibarət limanın 7 terminalı ümumi quru yük gəmilərinə, 2 terminal bərələrə, 2 terminal isə "Ro-Ro" və "Ro-Pax" tipli gəmilərə xidmət göstərir. Daha bir terminal isə Liman donanmasına xidmət edən terminal kimi istifadə olunur.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
















