"Nar" ötən il 150-dən çox baza stansiyası quraşdırıb
Ötən il ərzində Azərbaycanın mobil rabitə operatoru "Nar" tərəfindən ümumilikdə 150-dən çox baza stansiyası quraşdırılıb ki, bununla da 4G baza stansiyalarının sayı 2 700-ü, 3G baza stansiyalarının sayı isə 2 800-ü ötüb.
Bunu şirkətin baş icraçı direktoru Qunnar Panke ilin yekunlarına həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, hazırda şəbəkədəki ümumi internetin təxminən 84%-i LTE-A texnologiyalı baza stansiyaları üzərindən verilir.
"Bundan başqa, ölkə ərazisində yeni baza stansiyaların quraşdırılması sayəsində 4G istifadəçilərin sayı 33% artıb. Bu göstərici üzrə xüsusi artım isə 52%-lə bölgələrdən olan istifadəçilərin payına düşür", - deyə Q. Panke qeyd edib.
O həmçinin əlavə edib ki, 2020-ci il ərzində "Nar" mobil rabitə operatoru tərəfindən müştərilərə göstərilən yüksək keyfiyyətli xidmət sayəsində müştəri loyallığı indeksi üzrə 30% artım qeydə alınıb.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
9 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir











.jpg)















