“SOCAR Marine” 2020-ci ildə də bazarın lideri olub
2013-cü ildən fəaliyyət göstərən “SOCAR Marine” 2020-ci ildə 650 min tona çatan satış həcmi ilə beynəlxalq dəniz yanacağı sektorunda yenidən lider olub.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Bildirilir ki, hazırda “SOCAR Marine” beynəlxalq dəniz yanacağına tələbatın dörddə birindən çoxunu təmin edir.
Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin investisyalarına paralel olaraq sürətlə böyüyən “SOCAR Marine” markası növbəti dəfə beynəlxalq dəniz yanacağı sektorunun lideri olub. Ötən il bazardakı payını 26 %-ə çatdıran “SOCAR Marine” türk boğazlarından keçən və Türkiyə limanlarında yük əməliyyatları həyata keçirərək xaricə yola düşən gəmiləri yanacaqla təmin edir.
Beynəlxalq təchizatlarmızla böyüyürük
“SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsi rəhbərinin ticarət üzrə müavini Aqşin Səlimovun sözlərinə görə, sektorun ən gənc oyunçularından olan “SOCAR Marine”nin beynəlxalq dəniz yanacağı sahəsində liderliyi ələ almasında məhsul və xidmətlərin yüksək keyfiyyəti əsas rol oynayıb. O deyib: “Xidmət sahəsində prioritetimiz müştərilərimizin ehtiyaclarını ən yüksək səviyyədə ödəməkdən ibarətdir. Hazırda Türkiyənin Qara dəniz, Mərmərə dənizi, Egey və Aralıq dənizi bölgələrində fiziki olaraq yanacaq təchizatı ilə yanaşı Cəbəlütariqdən Sinqapura, Rotterdamdan Cənubi Afrikaya qədər bütün beynəlxalq limanlarda həyata keçirdiyimiz yanacaq tədarükü ilə “SOCAR MARINE” markasının beynəlxalq nüfuzunu hər gün daha yüksək səviyyəyə çatdırırıq”.
“SOCAR Türkiyə”nin nəhəng investisiyası sinerji yaradır
Beynəlxalq bazarlarda və Türkiyədə göstərdiyi keyfiyyətli xidmətlərlə dəniz nəqliyyatı və enerji sektorunda lider mövqeyinə yüksələn “SOCAR MARINE”nin uğur yolunda “SOCAR Türkiyə”nin həyata keçirdiyi nəhəng layihələrlə yaradılan sinerji böyük əhəmiyyət daşıyır. 2018-ci ildə işə başlayan TANAP və “STAR NEZ”, eləcə də “Petkim” və “SOCAR Depolama”nın sahib olduğu limanlar ilə “SOCAR-Terminal”-dakı gəmilərə yüksək səviyyəli xidmət göstərən və dünyanın aparıcı enerji şirkətlərindən biri olan SOCAR, artıqTürkiyənin dənizçilik sektorunda da mühüm yer tutur. “SOCAR MARINE” bazardakı mövqeyini daha da gücləndirərək təkcə Türkiyənin deyil, Aralıq dənizi bölgəsinin ən böyük şirkəti olmaq istiqamətində inamlı addımlarla irəliləyir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
1 gün əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi





















