Expressbank daha 10 vətəndaşın arzusunu reallaşdırdı!
(®️) Sosial yönümlü layihələrin həyata keçirilməsinə xüsüsi önəm verən Expressbank, Korporativ Sosial Məsuliyyət çərçivəsində həssas əhali qrupuna aid ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə keçirilən müxtəlif layihələrdə daim iştirak edir.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas qrupların özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsində əməkdaşlığ"a dair imzalanmış Memoranduma əsasən Expressbank növbəti dəfə sosial müdafiəyə xüsusi ehtiyacı olan 10 ailəni dəstəkləyib. Həmin vətəndaşlar dərzi kimi fəaliyyətə başlayaraq öz bizneslərini qurmaq və sahibkar adını qazana bilmək üçün Expressbank tərəfindən cari il ərzində bütün zəruri avadanlıqlarla təmənnasız təmin ediliblər.
Expressbank tərəfindən vətəndaşlara avadanlıqların təqdim edilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşlarının iştirakı ilə baş tutub. "KOB Dostu" layihəsinin əsas məqsədi gələcəkdə sahibkarların mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsi, onların hüquqlarının müdafiəsi və yarana biləcək problemlərin həllinin dövlət-sahibkar əməkdaşlıq platformasında yerində operativ həll edilməsidir.
Qeyd edək ki, ötən il ərzində Expressbank ümumilikdə 16 aztəminatlı ailəyə Özünüməşğulluq proqramı çərçivəsində dəstək olub.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























