Şimal Axını – 2 dilemması: Rusiya bu il nəhəng layihəni başa çatdıra biləcəkmi?
Növbəti həftələrdə Şimal Axını – 2 layihə ilə əlaqədar geosiyasi hadisələrin intensivləşəcəyi gözlənilir.
Marja xəbər verir ki, Ağ Evin yeni sakini Co Baydenin “Qazprom”un nəhəng layihəsinə əlavə sanksiyalar tətbiq etmək niyyəti barədə məlumatlar layihə ətrafında bir neçə ildir davam edən geosiyasi mübarizəni yenidən canlandırıb.
Qısa arayış: Şimal Axını-2 və yaxud Nord Stream-2 Rusiyanın enerji nəhəngi Qazpromun başçılığı ilə həyata keçirilən, Ukraynadan yan keçməklə Baltik dənizinin altı ilə Almaniyaya və digər Avropa ölkələrinə təbii qaz çatdırmağı hədəfləyən 1230 km uzunluğunda boru kəməri və iri infrastruktur layihəsidir. İki paralel boru kəməri vasitəsilə inşa edilən Şimal Axını-2 Avropa bazarlarını illik 55 milyard kub metr təbii qazla təmin etmək gücündədir.
Rusiyanın təbii qaz ehtiyatlarının Avropaya ixracına ilk növbədə ABŞ, həmçinin bir sıra Avropa ölkələri qarşı çıxır. Əsas arqument “pis sövdələşmə” adlandırılan layihənin Avropanın enerji təhlükəsizliyini təhdid etməsi və onu daha çox Rusiyadan asılı vəziyyətə salacağına dair iddialardır.
Dəniz və qurudakı boru kəmərləri və digər infrastrukturların ümumi xərci təxminən 16-17 milyard dollar təşkil edəcək. Layihənin 94%-i artıq tamamlanıb, dənizin dibi ilə son 150 km-lik hissədə boruların düzülməsi planlaşdırılır. Lakin ötən ilin sonunda, Donald Tramp hələ ABŞ Prezidenti postunda olarkən Konqresdə qəbul edilmiş qanun aktı layihədə işləyən şirkətlərin, o cümlədən layihənin sertifikatlaşdırılmasını və sığortasını həyata keçirəcək firmaların ABŞ-ın sanksiyalarına məruz qalacağını müəyyənləşdirib.
Rusiyanın dənizdə borudüzən barjı “Fortuna” da bu sanksiyalar sıyahısında olduğu üçün işini müvəqqəti dayandırıb. Həmçinin, boru kəməri sisteminin işə başlamasından öncə onun təhlükəsizliyini və texniki bütövlüyünü yoxlayıb təsdiq etməli olan Norveçin DNV şirkəti sanksiyalar təhlükəsini əsas gətirərək, ötən ilin sonunda layihədən çəkildiyini bildirmişdir.
Energy Aspects qrupunun qlobal qaz təhlilçisi Ceyms Vaddellin fikrincə: “ABŞ sanksiyaları Nord Stream-2-nin tamamlanmasında başlıca maneələrdən biri olaraq qalır”.
Vaddell həmçinin qeyd edir ki, hazırda Rusiyanın öz şirkətlərini var gücü ilə layihəyə cəlb etmək və sanksiyalardan yan keçməklə boru kəmərinin inşasını tamamlamaq cəhdləri layihənin istismardan öncə texniki təhlükəsizliyinə dair sertifikat almadan ciddi nəticələr verməyəcəkdir: “Layihə məhz belə sertifikatlaşdırma şirkətlərinin texniki standartlarına əsasən inşa edilib və onların yekun təsdiqi olmadan Avropa qurumları təbii qazın ixracına icazə verməyəcəkdir”.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının layihəyə dair sanksiyaların davam etdirilməsini müzakirə etmək məqsədilə yaxın vaxtlarda toplanacağı bildirilir. Həmin toplantıdan çıxan qərarlar layihə ilə bağlı geosiyasi mübarizənin növbəti istiqamətini böyük ölçüdə müəyyən edəcəkdir.
"Hər kəsə 1400 dollarlıq çek – ABŞ-ın yeni yardım paketi"
"Texnologiya nəhənglərindən 14 milyard dollarlıq sövdələşmələr"
"Asiyanın “mini Amazon”u səhm bazarına çıxır"
"Sənaye nəhəngi biznesinin bir hissəsini satır - 30 MİLYARD DOLLARLIQ SÖVDƏLƏŞMƏ"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























