“Turan Bank” layihəyə qoşulub, 17 müştərisi sərmayə alıb
““Turan Bank” ASC-nin “Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsində iştirakı Bankın silsilə korporativ sosial məsuliyyət tədbirlərindən biridir”.
Marja xəbər verir ki, bunu, Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsinin yekun konfransında çıxışı zamanı “Turan Bank” ASC-nın İdarə Heyətinin sədri Fəzail Musayev bildirib.
Bankın sədri bildirib ki, “Turan Bank”ın, layihənin “Mliyyə savadlılığı” təlimlərində 54, “Öz biznesini başla və inkişaf etdir” təlimlərində 29 və “Kooperativlərin yaradılması” təlimlərində 7 müştərisi olmaqla ümumilikdə 90 müştərisi iştirak etmiş və təlimlərdən yararlanmışdır:
“Sevindirici haldır ki, onlardan 17-si subqrant müqaviləsi bağlamaqla sərmayə kapitalı alıblar. Mikro müştərilər “zəncirin” başlanğıcıdır - bugünün mikro müştəriləri böyük ehtimalla sabahın kiçik və orta müştəriləridir, kiçik və orta müştərilər də bir müddət sonra iri korporativ müştərilərdir. Bu layihədə iştirakımız həm bizim üçün, həm də müştərilərimiz üçün faydalı olub. Zəhmətimiz də hədər getməyib. “Turan Bank” 2020-ci ilin yekunları üzrə, Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Ən fəal maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə təltif edilib”.
Qeyd edək ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsinin ümumi məqsədi regionlarda yaşayan əhalinin gəlir əldə etmək və iş yerlərinin açılmasını dəstəkləmək üçün mikromüəssisələrin yaradılmasına və inkişafına dəstək vermək olmuşdur. Layihənin spesifik məqsədi Gəncə - Qazax, Quba - Xaçmaz, Şəki - Zaqatala və Kür - Araz (Aran) iqtisadi rayonlarda, bazar imkanlarını asanlaşdırmaq və sərmayə kapitalı ilə təmin etməklə öz bizneslərini qurmağa və ya genişləndirməyə imkan yaratmaq üçün kəndli mikrosahibkarların imkanlarını gücləndirmək olmuşdur.
Layihənin 30 aylıq müddətində 510 nəfər Maliyyə Savadlılığı təlimlərində iştirak edərək maliyyə vəsaitlərinin idarəedilməsində bilik və bacarıqlarını gücləndirmiş, 159 nəfər “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərində iştirak edərək şəxsi bizneslərinə aid biznes planlar tərtib etmiş, 50 nəfər Kooperativlərin yaradılmasına dair təlimlərdə iştirak etmiş və nəticədə 3 kooperativ yaradılmış, 113 sahibkar yeni biznesə başlamaq və yaxud mövcud biznesi genişləndirmək üçün sərmayə kapitalı ilə təmin olunmuşdurlar.
“Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi zamanı 113 mikro sahibkar 277 min 780 manat sərmayə kapitalı alıb.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
37 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb


























