Bakı metrosu yenidən sərnişin daşımağa hazırlaşır - MARTIN 6-7-SİNDƏ...
“COVID-19” virusu ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərara müvafiq olaraq sərnişindaşıma fəaliyyətində yaranmış fasilə nəzərə alınmaqla, Bakı metropoliteninin bütün infrastrukturu normal iş rejimi şəraitində yoxlanılacaq.
Bu barədə Marja-ya “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilib ki, Mart ayının 6-7-də həyata keçiriləcək tədbirlər çərçivəsində bütün metropoliten xətlərində qatarlar müəyyən edilmiş qrafikə uyğun qaydada hərəkət edəcək. Eyni zamanda hərəkətin təşkili, idarə olunması və nizamlanması, elektrik təchizatı, habelə digər mühəndis-texniki qurğu, avadanlıq və sistemlər adi iş rejimi vəziyyətinə gətiriləcək.
Tədbirin həyata keçirilməsində məqsəd optimal iş rejimi şəraitində metropolitenin infrastrukturunu, o cümlədən qeyd edilən sistem və qurğuların fəaliyyətini texniki-normativ tələblərə uyğun yoxlamaqla qiymətləndirməkdir.
Mühüm məsələlərdən biri kimi, maşinist heyətinin və digər aidiyyəti işçi personalının peşə vərdişlərinin yoxlanılaraq dövrü qiymətləndirilməsi də təmin olunacaq.
Bu tədbirlər Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin daim hazır vəziyyətdə saxlanılmasına xidmət edir.
Məlumat üçün onu da bildiririk ki, “COVID-19” koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)







