Rabitəbank 8 nominasiyada mükafatlandırılıb
(®️) Ötən həftə Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağında “Bankçılıq Mükafatları-2019 – 2020” mükafatının qalibləri müəyyən olunub. Azərbaycan Banklar Assosiasiyası üzv təşkilatları, Ekspert Qrupları və tərəfdaşları tərəfindən Rabitəbank 2019-cu il üçün 3, 2020-ci il üçün 5 nominasiya üzrə qalib adına layiq görülüb.
Qiymətləndirməyə əsasən Rabitəbank “Korporativ sosial məsuliyyət”, “Ən fəal təhsil dəstəkçisi”, “Ən fəal maliyyə savadlığı dəstəkçisi”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Elektron Bankçılıq” sahələri üzrə ötən illər ərzində əməli addımları ilə fərqlənərək mükafatlandırılıb.
Ötən il Rabitəbank rəqəmsal bankçılıq yolunda daha fəal yeniliklər və məhsullar təqdim etməklə yanaşı sosial, təhsil, maliyyə savadlığı sahəsində də bir çox faydalı və uğurlu layihələrə imza atıb. Bank müştərilərinə bir çox innovativ ödəniş həlləri təqdim edib:
- Plastik kartların ünvana pulsuz çatdırılması;
- Rabita Mobile tətbiqi vasitəsilə xarici bank kartlarına pul göndərmənin asanlaşdırılması;
- Unikal keşbek kartı Kartmane kartı ilə həm ölkədaxili, həm xaricində, həm də onlayn ödənişlərdə keşbek qazanma imkanı.
Rabitəbank cari ildə də əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsi, aztəminatlı ailələrin özünüməşğulluğunun inkişaf etdirilməsi, təhsil sahələrinin dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirəcək.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























